Yuxarı

Ermənilərin Naxçıvan hücumu AŞPA-ya təqdim edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin Naxçıvan hücumu AŞPA-ya təqdim edildi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Ermənistanın Azərbaycana qarşı apardığı təcavüz siyasətini ifşa edən yeni sənəd təqdim edilib. Sənədi Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov hazırlayıb.

Sənəddə Ermənistanın son dövrlərdə atəşkəs rejimini intensiv şəkildə pozması və işğal ərazilərini genişləndirmək istəklərini gizlətmədiyi göstərilir və Ermənistana qarşı təcili tədbirlər görülməsinə çağırılır.

Separatizmə vaxtında reaksiya verilmədiyi və buna görə də işğalçının iştahasının artdığı bildirilən sənəddə təcavüzkara qarşı ən sərt sanksiyaların tətbiq edilməməsinin açı nəticələr doğurduğu vurğulanır:

"Son həftələrdə Ermənistan-Azərbaycan sərhədlərində, Tovuz-Qazax, Naxçıvan istiqamətlərində baş verən narahatedici hadisələr də məhz indi təcili addımların atılmasını zəruriləşdirir. Tovuz, Qazax rayonları səmtində, Azərbaycanın Ermənistan tərəfindən son 25 il ərzində tam blokada şəraitində saxlanan Naxçıvan bölgəsində işğalçı ölkənin silahlı qüvvələri ardıcıl olaraq atəşkəs rejimini pozmağa başlamışdır. Xüsusilə Sədərək, Culfa, Şahbuz səmtlərində Ermənistan tərəfin müxtəlif növ silahlardan istifadə olunmaqla təşkil etdiyi həmlələr hərbi əməliyyatların miqyasının genişlənməsi təhlükəsini yaradır. Nəzərə alsaq ki, Ermənistan Azərbaycanın Naxçıvan bölgəsi ilə bağlı ərazi iddialarını və işğal niyyətlərini heç vaxt gizlətməyib, bu gün də həmin istiqamətdə fəaliyyətlərini davam etdirməkdədir, onda vəziyyətin nə qədər kritik olduğu bir az da aydınlaşar.
Avropa Şurası bu məsələyə təcili olaraq münasibət bildirməli, bu quruma qəbul olunarkən münaqişəni dərinləşdirəcəyini, işğal ərazilərini artıracağını deyil, məsələni diplomatik vasitələrlə həll edəcəyini əsas öhdəliklərindən biri kimi götürmüş Ermənistana ciddi təzyiq göstərməlidir. İş ondadır ki, Ermənistanın təbliğat şəbəkəsində Naxçıvana qarşı ərazi iddiaları ilə bağlı yer alan materiallar, təcavüzkar tərəfindən Azərbaycanın bu bölgəsinə son həmlələr real olaraq hərbi münaqişənin beynəlxalq müstəvidə genişlənməsi qorxusunu vəd edir. Çünki 1921-ci ildə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında bağlanmış Qars müqaviləsi Naxçıvana qarşı hər hansı təhlükələrin ortaya çıxacağı təqdirdə Türkiyənin dərhal məsələyə müdaxilə etməsinə qanuni imkan verir.

Sonda Rusiyaya qarşı operativliklə həyata keçirilən sanksiyaların işğalçı Ermənistandan da yan keçməməsi istənilir.

Tarix
2014.06.26 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla