Yuxarı

İlham Əliyev Lavrovla görüşdə buna işarə etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu münaqişənin həll edilməsinin əsas şərti ondan ibarətdir ki, Azərbaycan münaqişənin öz ərazi bütövlüyü, suverenliyi çərçivəsində həlli üçün istənilən təklifi qəbul etməyə hazırdır. Bu təkliflər də əsasən Kazan protokolları, Sankt-Peterburq razılaşmalarıdır.

Bu sözləri Axar.az-a politoloq Arzu Nağıyev açıqlamasında deyib. O bildirib ki, ümumiyyətlə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana gəlişi, eyni zamanda, İrəvanda olacağı haqqında bir müddət öncədən anons verilmişdi:

“Rus ekspertləri bu səfərin iki ölkə arasında diplomatik əlaqələrin 25 illik yubileyi ilə bağlı olduğunu desələr də, bu görüşün əsas məğzi Dağlıq Qarabağ münaqişəsinin həllində irəliyə doğru müəyyən addımların atılmasına nail olmaqdan ibarətdir. Bu Azərbaycan tərəfinin də tələbidir. Rusiya da bölgədə öz nüfuzunu bərpa etmək üçün bu addımları atmağa çalışır və ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərdən biri kimi bu missiyanı öz üzərinə götürüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da verdiyi açıqlamadan sonra bir daha məlum oldu ki, burada əsas açar fiqur məhz Rusiyadır”.

Politoloq qeyd edib ki, buna görə də dünən Prezident İlham Əliyev Lavrovla görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliliyişlərin əldə edilməsinin vacibliyi mesajını verdi:

“Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla görüş zamanı da bu məsələlər əsas müzakirə mövzusu oldu. Bundan sonra İrəvanda görüşlər keçiriləcək və bu görüşlərin nəticəsi ilə bağlı dövlət başçılarına məlumatlar, məruzələr ediləcək. Əsas məqam Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılacaq addımlar olacaq”.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov dünən Azərbaycana səfər edib. O, səfər çərçivəsində Prezident İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüb.

Tarix
2017.11.21 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə “Əhməd Cavad İnstitutu” qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla