Yuxarı

Moskva Bakı-İrəvan müharibəsinə rəvac verəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva Bakı-İrəvan müharibəsinə rəvac verəcək

"Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi ordusunun Qarabağa daxil olması üçün bütün şəraiti hazırlayır".

Axar.az xəbər verir ki, bu iddia ilə erməni analitiki Naira Ayrumyan çıxış edib. O, Sərkisyanın hazırda rus qoşunlarının Qarabağa dəvət edilib-edilməməsi dilemması qarşısında qaldığını bildirib:

"Seyran Ohanyan KTM-yə Qarabağ konfliktinin həllində ehtiyacları olmadığını bildirdi. Amma Rusiyanın planına uyğun olaraq, KTM buraya girməlidir. Moskva isə bunun üçün bütün şəraiti hazırlayır. O, Qarabağa daxil olduqdan sonra türklər və azərbaycanlılarla danışdığı şəkildə konflikti həll edəcək. Çox güman ki, Əliyevlə Putinin telefon danışığından sonra Bakı hansı rayonları daha əvvəl alacağını bilir. KTM-in bura girməsi üçün isə elə də böyük bəhanə yoxdur. Heç bunun üçün təşkilatda konsensus da tələb edilmir. Digər bir variantda isə Rusiya sadəcə, bölgədə vəziyyəti qızışdırıb Bakının İrəvanla müharibə etməsinə səbəb ola bilər ki, bu da KTM-in qüvvələrinin Qarabağa gəlməsinə əsas verər".

Qafqazı əldə verməmək üçün Moskvanın həm Azərbaycanı, həm də Ermənistanı yanında görmək istədiyini qeyd edən erməni yazarın təbirincə, bunun üçün bütün yollara əl atılır:

"Bunun üçün hətta Moskva Qarabağın bölünməsinə də gedəcək. Görünür, Sərkisyan hələ ki, rus ordusuna müraciət etmək istəmir. Amma bir şey də bəllidir ki, ruslara müraciət etməyəndə ya prezidentin istefası, ya da ki, dövlət çevrilişi olur. Bax, bu, hazırda ən aktual məsələdir".

Tarix
2014.07.03 / 09:20
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla