Yuxarı

Trampın Qüds qərarının heç bir hüquqi dəyəri yoxdur - Mehdiyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinin heç bir hüquqi əsası yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor, tanınmış politoloq Fərhad Mehdiyev ABŞ Prezidenti Donald Trampın az öncə Qüdsü İsrailin paytaxtı elan etməsi və səfirliyin ora köçürülməsi ilə bağlı Dövlət Departamentinə tapşırığını şərh edərkən deyib. F.Mehdiyevin sözlərinə görə, Trampın bu qərarı beynəlxalq hüquqa ziddir:

“Dövlətlərin çoxu Fələstini 1947-ci il sərhədləri daxilində tanıyıb. Bu səbəblə Qüdsün bir dövlətin sərəncamına verilməsi tanınmayacaqdır. Bu şəhərin xüsusi statusu olmalıdır, hər 3 səmavi din üçün müqəddəs şəhər sayılır”.

F.Mehdiyev bildirib ki, Fələstin buna görə ABŞ-ı beynəlxalq məhkəməyə verə bilməz, ancaq hər bir halda, bu qərarın heç bir hüquqi dəyəri yoxdur.

“BMT-nin 1947-ci il tarixdə qəbul etdiyi qətnaməyə görə, Fələstin o sərhədlər daxilində tanınıb. ABŞ-ın özü 1947-ci ildə Qüdsün xüsusi bir beynəlxalq rejimə tabe olacağına səs verib. Bu qərar BMT-nin Ümumi Assambleyasının səsverməsində 33 lehinə, 13 əleyhinə olmaqla qəbul edilib. Əleyhinə səs verənlər isə müsəlman ölkələri idi, çünki bu qərarla İsrail dövləti tanınırdı. Bu baxımdan Tramp beynəlxalq hüquq, həmçinin ABŞ-ın özünün səs verdiyi qətnamə əleyhinə bir qərar verib”, - F.Mehdiyev əlavə edib.

Tarix
2017.12.07 / 00:04
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla