Yuxarı

Xəzər Gəmiçiliyindən DSMF-yə olan borcla bağlı - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC fəaliyyətə başladığı gündən Dövlət Sosial Müdafiə Fonduna yaranan borcu cari ayda əvvəlcədən ödənilib və heç vaxt ödəniş vaxtı keçmiş borcu olmayıb.

Bu sözləri Axar.az-a Xəzər Dəniz Gəmiçiliyinin mətbuat katibi Mehman Mehdiyev qurumun məhkəməyə verilməsi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırda da Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin Dövlət Sosial Müdafiə Fonduna borcu yoxdur.

Təkcə bu il XDG tərəfindən DSMF-yə 24,7 milyon manat ödəniş həyata keçirilib.

DSMF-nin AXDG QSC-ni məhkəməyə verməsinə gəlincə, bildirilib ki, Fond Gəmiçiliyin tabeliyində olmuş “Dənizçi” kənd təsərrüfatı müəssisəsi ilə bağlı 2015-ci ilin aprelində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb.

Qeyd olunan müəssisə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2016-cı il tarixli 447S nömrəli sərəncamı ilə aqrar islahatlarının aparılması məqsədilə AXDG QSC-nin tabeliyindən çıxarılıb.

Qeyd edək ki, 2017-ci ilin I yarısı ərzində 742 sığortaedən üzrə 22,89 mln. manat və ya ilin əvvəlinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) olan borcun 7,1%-i qədər ödənişinin təmin edilməsi üçün məhkəmə orqanlarına iddia ərizələri göndərilib.

Tarix
2017.12.11 / 19:16
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla