Yuxarı

Hafka məmurları məhkəməyə verəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hafka məmurları məhkəməyə verəcək

İş adamı Hafiz Məmmədov haqqında mətbuatda yer alan məlumatların ardı-arası səngimək bilmir. "Bank of "Azerbaijan" ətrafında baş verən olaylar Hafanın vəziyyətinin elə də yaxşı olmadığını bir daha göstərmiş oldu.

"Musavat.com"un məlumatına görə, bankın pullarını götürüb, ölkədən qaçan Hafka "bankı mənim əlimdən almaq istəyirlər" deməklə, məsələnin nə dərəcədə ciddi olduğunu özü də təsdiqləmiş oldu.

Amma Hafkanın əlindən bankı kim almaq istəyir? Bu haqda sayt etibarlı mənbədən məlumat əldə etdiyini yazsa da, hələlik ad açıqlamayıb.

Hafkanın təhdid dolu verdiyi bəyanat isə göstərdi ki, o, təkcə Azərbaycanda deyil, Avropada da sıxılmış durumdadır. "Lans" klubunun maliyyəsini hələ də köçürməyən Hafka haqqında yazılan həqiqətləri bu və ya digər formada təkzib etməyə çalışır.

Hafka verdiyi müsahibəsində demişdi ki, "Bank of Azerbaijan"da depozitlərin qaytarılmasında heç bir problem yoxdur. Hafkanın bu ağ yalanının şahdi olmaq üçün elə ona məxsus "Bağhlan Qrup"un binasında yerləşən bankın baş ofisinə getmək bəs edər. Yüzlərlə insan bankın qapısında hər gün səhərdən axşama qədər gözləyir ki, depozitini alsın. Ancaq hər gün insanları müxtəlif vədlərlə aldadıb, geri qaytarırlar.

İyulun 8-də bankın qarşısında baş verən dava-dalaş, insanların Mərkəzi Banka üz tutması barədə Axar.az xəbər yaymışdı.

"Musavat.com" bu gün Hafka haqqında daha bir şok informasiya əldə edib. Xəbərə görə, o, Fransa prezidenti Ollanddan kömək istəyir. F.Ollandın yaxın çevrəsi isə baş verənlərə hələki tam soyuqqanlılıqla yanaşır.

Əldə olunan başqa bir informasiyaya görə, Hafka Azərbaycanda bir neçə məmuru məhkəməyə verəcək.

Xatırladaq ki, tanınmış jurnalist Samir Feyruzovun da Hafkaya məxsus "Bank of Azerbaijan"la problemi həll olunmamış qalır.

Tarix
2014.07.10 / 13:07
Müəllif
Axar.az
Digər xəbərlər

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla