Yuxarı

Məhkəmə Hacı İbrahimi talayanları azadlığa buraxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəmə Hacı İbrahimi talayanları azadlığa buraxdı

Bakı Ağır Cinayətlər Məhkəməsində "Avesta" Konserninin xəzinədarını hədələyərək külli miqdarda pul aparan Fizuli Nəbiyev və Əlizamin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə oxunan hökmə əsasən F. Nəbiyev və Ə. Əliyev hər biri ayrı-ayrılıqda 7 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib.

Həbsdə olduqları 7 ay 10 gün müddət cəzalarına bərabər tutulmaqla hər iki şəxs cəzalarını çəkmiş hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, ötən il dekabrın 6-da Bakının Nərimanov rayonu ərazisində, Məmməd Araz küçəsində yerləşən "Avesta" Konserninə girmiş Əlizamin və Füzuli adlı şəxslər orada xəzinədar işləyən Bakı şəhər sakini Vüqar Babayevi xəncərlə hədələyərək xəzinədə olan 135.000 manat pulu götürüb "İnfiniti" markalı avtomobillə qaçıblar.

Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən həmin şirkətin mühafizəçisi Füzuli Nəbiyev və Neftçala rayon sakini Əlizamin Əliyev tutulublar.

Onlar Cinayət Məcəlləsinin 181.3.2 (quldurluq-külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham olunub. Həmin şirkət Hacı İbrahim Nehrəmliyə məxsusdur.

APA

Tarix
2014.07.17 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

Nikol Paşinyan İlham Əliyevə zəng etdi

Bu tarixə qədər Ermənistan dalanda idi...

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Təşəbbüs Ukraynada idi, lakin Zelenskinin Trampla görüşü...

Gürcüstandakı münaqişənin sülh yolu ilə həlli... – XİN

Əliyevin Ağ Evdə Azərbaycan adına yazdığı daha bir tarix

Tarixi Vaşinqton görüşündən bir il ötür

ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

Anar Bayramov direktor müavinini işdən çıxartdı

“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla