Yuxarı

Türkiyə mühüm addımlar atdı, Tramp isə... - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə ABŞ arasında münasibətlərin sona qədər bu tempdə davam edəcəyini düşünmürəm.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Türkiyə artıq Qərb dövlətləri ilə münasibətlərini qaydaya salmaq üçün müəyyən addımlar atır:

“Artıq Fransa ilə Türkiyə arasında bir sıra mühüm sazişlər imzalanıb, eləcə də Türkiyə İtaliya və digər NATO üzvü olan ölkələrlə münasibətlərin qaydaya salınmasında müəyyən uğurlara nail olub. Ən əsası isə Almaniya ilə Türkiyə arasındakı münasibətlər əvvəlki dövrlərdə olduğu kimi öz axarına düşür”.

Politoloq qeyd edib ki, Pakistanın da ABŞ-la əlaqələri hər zaman yüksək səviyyədə olub:

“Güman etmirəm ki, bu münasibətlər korlanaraq ciddi qarşıdurma səviyyəsinə gəlsin. Sadəcə olaraq Talibanla bağlı məsələlərdə ABŞ-la Pakistan arasında müəyyən narazılıqlar yaranıb. Bu da ABŞ Prezidenti Donald Trampın müəyyən şıltaqlıqları ilə bağlıdır. Pakistanın ABŞ-la münasibətlərini bu səviyyədə davam etdirməsi inandırıcı görünmür. Ən azından bu münasibətləri qaydaya salmaq üçün Pakistanın xüsusi cəhdlər edəcəyi şübhəsizdir”.

Tarix
2018.01.12 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla