Yuxarı

Erməni planı: Türk soyqırımını kim himayə edir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər Gürcüstan hakimiyyətinin erməni məsələsi ilə bağlı yürütdüyü siyasətə nəzər saldıqda, müəyyən ziddiyyətlər ortaya çıxır.

Bunu Axar.az-a politoloq İlqar Vəlizadə deyib.

Ekspert bildirib ki, Mixail Saakaşvilinin vaxtında Gürcüstanda, özəlliklə də Cavaxetiyada fəaliyyət göstərən ekstremist və separatçı qruplara qarşı sərt addımlar atılsa da, indi o bölgədə başqa mənzərə gözə çarpır:

“Son illər Gürcüstan hakimiyyətinin xüsusilə də erməni məsələsi ilə bağlı yürütdüyü siyasətə nəzər saldıqda, müəyyən ziddiyyətlər ortaya çıxır. Ekstremist elementlər Cavaxetiyada yenidən peyda olmağa başlayıblar və Gürcüstanda müxtəlif aksiyalar keçirməyə cəhd göstərirlər. Son zamanlar həmin qüvvələrin bir hissəsi Ermənistan kilsəsinin himayəsi altında fəaliyyət göstərir. Hətta erməni keşişlər də bu fəaliyyətlərdə iştirak edirlər. Belə tendensiyalar fonunda Gürcüstanda ASALA-ya yaxın olan terror qruplarının fəaliyyət göstərdiyi istisna edilmir. Çünki son illərin hadisələri də göstərir ki, Gürcüstanda ekstremist qüvvələr çox fəallaşıblar və xüsusilə də müsəlmanlara qarşı təxribatlar keçirməyə çalışırlar”.

Poliotoloq bu fonda Gürcüstanın bir sıra regionlarında yenidən təxribatların baş verə biləcəyini istsina etməyib:

“Hesab edirəm ki, Gürcüstan hökuməti bu məsələyə ciddi diqqət göstərməli və terrorçulara qarşı hərəkətə keçməlidir. Həmin qruplar birbaşa fəaliyyət göstərməsələr də, gürcü milllətçiləri ilə birləşib onların əli ilə ölkədə hansısa xoşagəlməz hadisələr törədə bilərlər. Təcrübə göstərir ki, Gürcüstanın müxtəlif bölgələrində bu kimi hallar yenidən təkrarlana bilər”.

Qeyd edək ki, ASİMDER-in rəhbəri Göksəl Gülbəy ASALA-nın Gürcüstanın Cavaxetiya bölgəsində Virk-Yerkir adıyla yenidən qurulduğunu bildirib.

“Ruslar Axalkalakidəki rus bazasını boşaldıb bölgədən çıxanda götürə bilmədikləri müəyyən silahları Cavaxetiyadakı Virk-Yerkirin üzvlərinə verdilər. Cavaxetiyaya yaxın bölgələrdə olan türklər təhdid altındadırlar. Rusların verdikləri silah və maddi dəstəklə Xocalı qətliamını həyata keçirən ermənilər Gürcüstanda da Borçalı qətliamını gerçəkləşdirəcəklər. ASALA-ya bənzəyən Virk-Yerkir bunu həyata keçirmədən öncə Gürcüstan dövlət rəsmiləri, Türkiyə və Azərbaycanın xarici işlər nazirlikləri buna müdaxilə etməlidirlər”, - o qeyd edib.

Tarix
2018.01.12 / 09:13
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla