Yuxarı

Putin getsə, Rusiya siyasəti dəyişəcək? – Kuznetsov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidenti dəyişərək Rusiya Federasiyasının xarici siyasətini dəyişməyin mümkün olduğunu iddia edən düşüncə amerikasayağı düşüncə tərzidir. Prinsipcə, Rusiyada belə bir şeyin baş verməməsi üçün obyektiv səbəblər var. Birincisi, Rusiyada hakimiyyət nümayəndələrindən fərqlənən və siyasi məkanda özünü doğruldacaq, ölkənin iqtisadi maraqlarını müdafiə edəcək bir müxalifət yoxdur.

Bu sözləri rus tarixçi və analitik Oleq Kuznetsov Rusiya Federasiyasında baş tutacaq prezident seçkiləri haqda Axar.az-a danışarkən deyib. O bildirib ki, Putinin seçkidə qalib gəlməsi qaçılmazdır:

“Rusiyadakı bütün məclis partiyaları dövlət subsidiyaları hesabına mövcuddurlar, buna görə də alternativ orqanlar obyektiv deyil. “Sistemli olmayan müxalifət” xarici maraqlara xidmət edir, çünki xalqın dəstəyini almır. Lakin buna baxmayaraq, yenə də yeganə alternativdir.

Xalq Rusiyada prezident Yeltsinin dövrünü qorxunc bir yuxu kimi qəbul edir, buna görə Putin kütləvi şüurda Rusiyanın tarixi inkişafında irəliləyiş kimi qəbul olunur. Bu şərtlərdə Putinin prezident seçkisinin ilk turunda səs çoxluğu ilə qazanacağı zəfər qaçınmazdır. Fakt faktlığında qalır ki, Putin seçkidən-seçkiyə öz sosial bazasını genişləndirir.

2004-cü ildə hakim partiyanın namizədi olaraq, 2012-ci ildə ümummilli cəbhədən, iqtidar partiyasının koalisiyasından, həmkarlar ittifaqlarından və bəzi ictimai birliklərdən, 2018-ci ildə isə azad, populyar bir namizəd kimi seçkilərə qoşuldu”.

Kuznetsovun fikrincə, Rusiya müxalifəti bu gün heç bir real və ciddi alternativ təklif edə bilməz:

“Bu şəraitdə Rusiya hökuməti özü-özlüyündə cibə işləyən müxalifət haqda düşünməlidir. Bu gün Rusiyada insanları arxasınca apara biləcək real namizəd yoxdur. Bu mənada Rusiyanın sabit gələcəyi üçün narahat olmağa dəyməz.

Bütün ağıllı zehinlər güc vasitəsilə işlədilir və Rusiyada hakimiyyətə inteqrasiya olunur. Ölkədə hakimiyyətə real müxalifətin olması ilə maraqlanacaq heç bir maliyyə qrupu yoxdur.

Kursu dəyişdirmək üçün Qərb və ya hər kəs bu investisiyaların geri qaytarılmasına ümid etmədən Rusiya iqtisadiyyatının yenidən formalaşmasına 3 milyon ABŞ dolları həcmində yardım etməlidir.

Bunu etmək üçün qərbli və ya pro-Çin xüsusi şirkətlər deyil, rus şirkətləri yaratmaq lazımdır. Belə bir hadisənin inkişafı prinsipcə mümkün deyil, heç kim Rusiyanı bu qədər yüksək səviyyədə görmək istəməyəcək”.

Tarix
2018.01.16 / 09:20
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla