Yuxarı

Ərdoğanın Vatikan səfəri böyük zərbə olacaq - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın illər sonra Vatikana səfər etmək qərarına gəlməsi Vatikana olan minnətdarlıq kimi qəbul olunmalıdır.

Bu sözləri Türkiyənin İstinye Universitetinin professoru, türk analitik və politoloq Məsud Haqqı Çaşın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vatikana səfəri haqda Axar.az-a danışarkən deyib. Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən bu gərginlik ərəfəsində belə bir səfərin tarixi əhəmiyyəti var:

“Tərəflərin görüşünün əsas müzakirə mövzusu Suriya və İraqla yanaşı, Qüds də olacaq. Hər kəs bilir ki, bu torpaqlar türk xalqına nə qədər yaxın, doğmadır. Hələ Osmanlı zamanından bu torpaqlar bizim üçün müqəddəs və dəyərli torpaqlar olub. Osmanlının bu şəhər üçün bütün gücü ilə vuruşması təsadüfi xarakter daşımırdı.

Türkiyənin Qüds siyasətində Fələstini dəstəkləməsi olduqca təbii və təqdirəlayiqdir. Vatikan ABŞ Prezidenti Donald Trampın atdığı anormal addımlardan fərqli olaraq Türkiyənin mövqeyinə hörmətlə yanaşdı, bu da “təşəkkür səfəri”nə layiq görüldü. İkinci bir tərəfdən, bu səfər hazırda bəzi qüvvələr tərəfindən təbliğatı aparılan islamafobiyaya da zərbə olacaq”.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 59 il sonra Vatikana səfər edəcək.

Tarix
2018.01.17 / 08:00
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla