Yuxarı

Ərdoğandan mühüm taktiki gediş: Avropa ilə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi ilə Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması üçün imkanlar tükənməyib. Son illər regionda baş verən proseslərə, Türkiyənin əks qütbdə dayanmağa cəhd edən ölkələrlə, o cümlədən Rusiya ilə münasibətlərindəki dəyişikliklərə baxmayaraq, Ankaranın avroatlantik hərbi-siyasi blokun və məkanın tərkib hissəsi olması unudulmamalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, mövcud vəziyyətdə münasibətlərin konstruktiv dialoq və əməkdaşlıq müstəvisində inkişafı hər iki tərəfi qane edir:

“Türkiyə öz maraqlarının qorunması istiqamətində müəyyən taktiki gedişlər edir. Lakin Ankaranın öz strateji hədəflərindən əl çəkəcəyi inandırıcı deyil. Ankara Avropanın enerji təhlükəsizliyində açar dövlətlərdən biridir. Eyni zamanda, Avropa Birliyi ilə Türkiyəni bağlayan ortaq maraqlar var. Türkiyə AB üçün çox önəmli bir dövlət, strateji müttəfiqdir. Ankaranın regional müstəvidə manevrlərinin məqsədi ilk növbədə ölkənin təhlükəsizliyinin qorunması, terrorizm və separatizmlə mübarizədir.

Son illərdə Türkiyə ilə Avropa Birliyi arasındakı ziddiyyətlərin xronologiyasına diqqət yetirsək, problemlərin daha çox Yaxın Şərqdə baş verən proseslərdən qaynaqlandığının şahidi olarıq. Hesab edirəm ki, Türkiyə-Avropa Birliyi münasibətlərinin inkişafı üçün çoxsaylı istiqamətlər və mexanizmlər var. Belə bir görüşün keçirilməsi realdır və hər iki tərəfin maraqlarına uyğun gəlir”.

Qeyd edək ki, Avropa Birliyi və Türkiyə arasında martın sonunda yüksək səviyyədə görüş keçirilməsi planlaşdırılır.

Tarix
2018.01.19 / 08:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla