Yuxarı

Putinin bu arzusu çin olmayacaq – Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putin Rusiya ətrafında dövlətlərin böyük birliyini yaratmaq və federasiyanı dünya siyasi prosesləri içərisində yeni bir qütbə çevirmək arzusundadır.

Bunu Axar.az-a Rusiya Prezidenti Vladimir Putinin MDB ölkələrini Avrasiya İttifaqında müşahidəçi olmağa dəvət etməsi ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Putin Rusiya ətrafında geniş bir iqtisadi təşkilat qurmaq istəyir:

Avrasiya İqtisadi Birliyi belə təşkilatlardan biri ola bilər. MDB üzvləri ittifaqda müşahidəçi qismində iştirak etsələr belə, əslində, üzərlərinə elə bir öhdəlik götürmürlər. Bu nöqteyi-nəzərdən də hesab edirəm ki, Putinin bu çağırışı Avrasiya İqtisadi Birliyini genişləndirməyə və oraya yeni üzvlər cəlb etməyə hesablanıb. Yəni Putin Rusiya ətrafında dövlətlərin böyük birliyini yaratmaq və federasiyanı dünya siyasi prosesləri içərisində yeni bir qütbə çevirmək arzusundadır. Ancaq bunu həyata keçirmək o qədər də asan məsələ deyil. Çünki dövlətlər hazırkı dünyada bir qayda olaraq iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin ətrafına toplanırlar. Putin Rusiyanı hələ elə bir cazibə qüvvəsinə çevirə bilməyib ki, həmin dövlətlər könüllü surətdə bu birlikdə təmsil olunsunlar. Hər hansı MDB üzvünün, eləcə də Azərbaycanın Avrasiya İqtisadi Birliyində müşahidəçi sifətilə iştirak edəcəyinə inanmıram”.

Politoloq qeyd edib ki, AİB Avropa Birliyi kimi inkişaf edə bilməyib, ona görə də Putinin bu arzusu çin olmayacaq:

“Əksinə, indiyə qədər mövcud olan MDB-dən Ukrayna, Gürcüstan çıxıb, indi isə Moldova analoji addımı atmağa hazırlaşır. Bu baxımdan da Putinin yeni ideyasının nəticə verəcəyini düşünmürəm”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrini Avrasiya İttifaqında müşahidəçi olmağa dəvət edib. Putin Rusiyanın Avrasiya İttifaqına vacib regional inteqrasiya birliyi kimi yanaşdığını söyləyib.

Tarix
2018.01.20 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla