Yuxarı

Bakı Prosesinin 10 illiyi... - Müzakirədə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyaya səfəri çərçivəsində Avropa Şurasının Şimal-Cənub Təşkilatın rəhbəri Antonio Gamito ilə görüşüb. Qeyd edək ki, adıçəkilən təşkilat ölkəmizdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun partnyorudur.

Mədəniyyət və Turizm Nazirliyindən Axar.az-a bildirilib ki, görüşdə Forumun əhəmiyyətindən bəhs olunub, 2018-ci ildə Bakı Prosesinin 10 illiyi ilə bağlı təşkil olunacaq tədbirlər müzakirə olunub. Eyni zamanda bu il ölkəmizdə keçiriləcək Humanitar Forum haqqında da söhbət açılıb, bu istiqamətdə yeni layihələrin işlənilməsi və bu kimi tədbirlərin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlılığı barədə fikir mübadiləsi aparılıb.

Nazir Əbülfəs Qarayev Təşkilatın rəhbəri Antonio Gamitonu ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərdə iştirak etməyə dəvət edib və gələcəkdə də mərkəzlə əməkdaşlığın ölkəmiz üçün mühüm əhəmiyyətini qeyd edib.

Təşkilatın rəhbəri Antonio Gamito Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlərin multikulturalizm, tolerantlıq ənənələrinin inkişafından xəbər verdiyini bildirib və bu sahəyə böyük diqqət ayrıldığını qeyd edib. O, tədbirlərdə iştirak edən alimlərin, mütəxəssislərin də bu fikirdə olduğunu və həyata keçirilən bu kimi layihələri yüksək qiymətləndirdiklərini xüsusi vurğulayıb.

Tarix
2018.01.20 / 19:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla