Yuxarı

İtkin düşmüş alpinistlərlə bağlı - Rəsmi açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızının, Hüseynov Babur Vaqif oğlunun və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

İtkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahından Axar.az-a bildiriblər ki, axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır. Dünəndən etibarən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqla təchiz edilmiş) də axtarışlara qoşulub.

Son günlər ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri davam etdirilib. Həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar aparılıb.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.

Axtarış işləri ilə bağlı əlavə məlumat veriləcək.

Tarix
2018.01.22 / 18:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhəddə insident: erməni hərbçilər döyüldü - Video

Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla