Yuxarı

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi... - Statistika

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən il Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 881,9 milyon dollar təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, Azərbaycan bu göstərici ilə Gürcüstanın ən böyük ticarət tərəfdaşları sırasında 4-cü yerdədir. Gürcüstanın xarici ticarət dövriyyəsində Azərbaycanın payı 8,2 faiz təşkil edib.

Bildirilir ki, ötən il Azərbaycan Gürcüstandan 272 milyon 172,5 min dollar dəyərində məhsul idxal edib. Azərbaycandan isə Gürcüstana 609 milyon 721,8 min dollar dəyərində ixrac həyata keçirilib.

Gürcüstanın ötən il ən böyük ticarət tərəfdaşları sırasında 1 milyard 589,3 milyon dollarla Türkiyə birinci, 1 milyard 183,6 milyon dollarla Rusiya ikinci, 939,5 milyon dollarla Çin üçüncü yerdədir.

Ötən 2017-ci ildə Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 10 milyard 707,4 milyon dollar təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 13,8 faiz çoxdur.

Gürcüstanın ən çox idxal etdiyi məhsulların ilk üçlüyündə isə neft və neft yağları (ümumi idxalın 8,7 faizi), minik avtomobilləri (5,9 faiz) və neft qazları (4,4 faiz) yer alıb.

Tarix
2018.01.22 / 19:40
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

Sülhməramlıların son partiyası Qarabağı tərk edir - Video

Bolqarıstan prezidentinin rəsmi qarşılanma mərasimi...

Xəritələri Paşinyan yox, Əliyev diktə edir - Hüseynov

Ərdoğan bu gün Əsədovu qəbul edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla