Yuxarı

Bunu Əliyevə dedim, çox maraqla yanaşdı – Fitso

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazprom” və Ukrayna şirkəti arasında müqavilə 2024-cü ildə bitir. Yəni, bildiyiniz kimi, müqavilə siyasi və hərbi səbəblərə görə uzadıla bilməz. Ona görə də qazın Azərbaycandan alınmasına qərar verdik.

Axar.az xəbər verir ki, bunu Slovakiya Respublikasının Baş naziri Robert Fitso Azərtac-a və AzTV-yə müsahibəsində deyib.

“Ukrayna-Rusiya sərhədindən Azərbaycan qazını nəql etmək olar. Beləliklə, tranzit həcm 20 milyard kubmetr təşkil edər. Ukrayna-Azərbaycan-Rusiya əməkdaşlığı sayəsində bu qaz həmin boru ilə Mərkəzi Avropa istiqamətində gedə bilər. Cənab Prezident bu layihəyə maraqla yanaşdı, çünki sizin qazın tranziti üçün o böyük fürsətdir. Prezidentiniz əsl menecerdir, bu layihədən fayda götürməkdə təbii ki, maraqlıdır. Amma təbii ki, bu sahədə də danışıqlara və maliyyəyə ehtiyac var. Əminəm ki, bu unikal layihə Azərbaycan qazının Rusiya, Ukrayna və Slovakiya infrastrukturundan istifadə etməklə Avropaya daşınması üçün çox yaxşı marşrutdur. Bu layihə gözəl nəticələr verə bilər. Neft də Slovakiya üçün önəmlidir. Çünki biz tamamilə Rusiya neftindən asılıyıq. Bildiyiniz kimi, Bratislavada böyük neftayırma zavodu var. Sizin neftin keyfiyyəti də hazırda ölkəmizdə araşdırılır. Mən neft üzrə ekspert deyiləm. Amma sizin neft də seçimlərdən biridir və ola bilər. Buna görə də bu layihə üzrə irəliləmək lazımdır”, - Fitso bildirib.

Tarix
2024.05.08 / 10:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla