Yuxarı

İlham Əliyev Piqas və Şvarzmanla görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Lazzard Freres” şirkətinin sədri və baş icraçı direktoru Metyu Piqas ilə görüşüb.

Axar.az xəbər verir ki, Metyu Piqas “Lazzard Freres” şirkətinin uzun illərdir Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirib. O, gələcəkdə ölkəmizdə yeni biznes layihələrində iştirak edəcəklərinə ümidvar olduğunu vurğulayıb.

İlham Əliyev “Lazzard Freres” şirkətinin ölkəmizdəki fəaliyyətini müsbət qiymətləndirib və onun Azərbaycanda gələcək fəaliyyətinin də uğurlu olacağına əminliyini ifadə edib.

Prezidenti İlham Əliyev həmçinin Davosda ABŞ-ın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru Stiven Şvarzman ilə görüşüb.

Stiven Şvarzman bir müddət bundan əvvəl Azərbaycanda səfərdə olduğunu, ölkəmizin tarixi və müasir simasının onda dərin təəssürat yaratdığını bildirib. O, “Blackstone” şirkətinin Azərbaycan Dövlət Neft Fondu ilə əməkdaşlığının uğurlu olduğunu vurğulayıb.

Prezident İlham Əliyev “Blackstone” şirkətinin ölkəmizlə əməkdaşlığını müsbət qiymətləndirib. Görüşdə gələcək əməkdaşlığa dair məsələlər müzakirə olunub.

Tarix
2018.01.24 / 00:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla