Yuxarı

Türkiyə Afrinə ABŞ-ın gizli razılığı ilə girib? - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiyanın arasını vurmaq istəyən qüvvələr var. Görünür, yenə də bu iki dövlətin üz-üzə qalması üçün çalışan qüvvələr öz fəaliyyətlərini davam etdirirlər.

Bu sözləri Axar.az-a İlqar Vəlizadə rusiyalı politoloq Qriqori Trofimçukun Türkiyə ilə ABŞ arasında Suriyada keçirilən əməliyyatlarla bağlı elan edilməmiş razılaşmanın olduğuna dair fikirlərinə münasibət bildirərkən deyib. O, Trofimçukun bu fikirləri ilə razılaşmadığını qeyd edib:

“Türkiyə rəhbərliyinin son açıqlamalarına, yaxud da Türkiyə qoşunlarının həyata keçirdiyi əməliyyatlara baxsaq, başqa mənzərə ortaya çıxır. Çünki Türkiyənin Baş Qərargah rəisinin rəsmiləri Afrində gedən əməliyyatları rus həmkarları ilə müzakirə etdilər. Razılaşmanın Rusiya Baş Qərargahı ilə olduğunu deyə bilərik, ancaq belə razılaşmanın ABŞ-la ola biləcəyi inandırıcı deyil. Bundan əvvəl Ərdoğan 4 min TIR silah-sursatın Türkiyəyə qarşı vuruşan PYD-çilərə ABŞ tərəfindən verildiyini açıq şəkildə bildirmişdi. O, burada Rusiyanı yox, ABŞ-ı ittiham edib”.

Politoloq bildirib ki, Türkiyə və ABŞ Suriyada Əsədin devrilməsini istəyir, amma indiki əməliyyatların Əsədlə heç bir əlaqəsi yoxdur:

“Çünki Dəməşqdə baş verən əməliyyatlarda Türkiyə qoşunları iştirak etmir. Bundan əlavə, Ərdoğan baş verən proseslərlə bağlı tez-tez Putinlə əlaqə saxlayır, iki lider arasında müzakirələr gedir. Ərdoğanla Tramp arasında dialoq isə demək olar ki, yox dərəcəsindədir. Rus ekspertlərin bu cür açıqlamaları hansı əsaslarla verdiyini deyə bilmərəm. Hadisələr və real vəziyyət göstərir ki, Türkiyə Şimali Suriyada PYD ilə vuruşur. PYD-yə də real dəstək ABŞ-dan gəlir. Başqa heç bir dövlət onlara silah-sursat ötürmür”.

Qeyd edək ki, rusiyalı politoloq Qriqori Trofimçuk ABŞ və Türkiyə arasında Afrin əməliyyatı ilə bağlı elan edilməmiş razılaşmanın olduğunu iddia edib.

Tarix
2018.01.24 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla