Yuxarı

ABŞ-ın Bakı səfirinin evində siyasi qalmaqal - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın səlahiyyət müddətinin başa çatması ilə bağlı mərasim keçirilib.

Səfirin Badamdar qəsəbəsində yerləşən iqamətgahında baş tutan mərasimə Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbərləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının az sayda nümayəndələri də qatılıb. Xəbəri "Aznews.az" xəbər portalı yayıb.

Tədbir bir sıra maraqlı və təəccüblü məqamlarla yadda qalıb.

Belə ki, diplomatik korpus adından ABŞ səfirinə verilməsi nəzərdə tutulan xatirə hədiyyəsinin Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin tərəfindən təqdim edilməsi gözlənilməz olub.

Diplomatlar hədiyyənin ABŞ səfirinə iki ölkə arasındakı hazırkı gərgin dövrdə məhz rusiyalı həmkarı tərəfindən təqdim etməsinə təəccüblərini gizlədə bilməyiblər.

Tədbirdə iştirak edən bəzi səfirlər bunu Rusiya tərəfindən diplomatik jest kimi dəyərləndiriblər.

ABŞ səfirinin sonrakı addımı isə daha gözlənilməz olub. Belə ki, Riçard Morninqstar rusiyalı həmkarından aldığı hədiyyəni özü ilə aparmayacağını bəyan etməklə Vladimir Doroxini nümayişkaranə şəkildə pərt edib. ABŞ səfiri bəyan edib ki, o, bu hədiyyəni Azərbaycanda fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş uşaq evlərindən birinə təqdim edəcək.

Diplomatlar və ekspertlər Rusiya və ABŞ səfirləri arasındakı hədiyyə "oyununu" ölkələr arasında bir-birinə verilən siyasi ismarış kimi dəyərləndiriblər.

Tarix
2014.07.24 / 14:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla