Yuxarı

Prezidentin seçki qərarında mühüm - Qarabağ amili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin seçki qərarında mühüm -

Növbədənkənar prezident seçkilərinin elan edilməsi qərarını çox müsbət qiymətləndirirəm.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında verdiyi sərəncamla bağlı danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkili qeyd edib ki, sərəncama müvafiq olaraq Mərkəzi Seçki Komissiyasına tapşırıqlar verilib və bütün bunlar da qanun çərçivəsindədir:

“Aprelin 11-də prezident seçkiləri keçiriləcək və buna müvafiq olaraq da MSK fəaliyyət göstərəcək. Biz də böyük məmnuniyyətlə və bütün dəstəyimizlə seçkidə iştirak edəcəyik. O ki qaldı qərarın hansı zərurətdən verilməsinə, bu, birbaşa prezidentin səlahiyyətində olan məsələdir. Qanuna müvafiq sərəncam imzalanıb və bu sərəncama da uyğun olaraq bütün aidiyyəti qurumlar öz fəaliyyətini davam etdirəcək. Hesab edirəm ki, dövlət başçısı Azərbaycana bundan sonrakı rəhbərliyi dövründə də struktur islahatlarını davam etdirəcək. Azərbaycanın xalqının daha da firavan yaşaması, dövlətin güclənməsi və ərazi bütövlüyümüzün təmin olunmasından ötrü cənab prezident bütün imkanlarından bugünə qədər uğurla istifadə edib, bu siyasətini bundan sonra da davam etdirəcək”.

R.Rzayev hər bir Azərbaycan vətəndaşını prezidentin ətrafında sıx birləşməyə çağırıb:

“Ölkə rəhbərinin növbədənkənar prezident seçkisi qərarı Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüz baxımından da mühüm əhəmiyyət kəsb edir. Dövlət başçsının apardığı siyasət ulu öndər Heydər Əliyevin siyasətinin davamıdır. Bu, ərazi bütövlüyünü təmin edə biləcək yeganə və dönməz yoldur”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Tarix
2018.02.05 / 17:17
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Liderlər İlham Əliyevi təbrik edir

Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır

Bayramov missiyası başa çatan Andreyevanı qəbul etdi

FHN “Açıq qapı günü” tədbiri keçirdi - Video

Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...

Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi

Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video

Bakıda mühüm iclas başladı

Putin Azərbaycanı təbrik etdi

Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla