Yuxarı

NATO: “Rusiyanın bu cür davranışı bizə hədiyyədir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO: "Rusiyanın bu cür davranışı bizə hədiyyədir"

"Hazırda Rusiyanın bu cür xarici işğal siyasəti NATO-nun illər sonra hərəkətə keçirəcəyi və planlaşdırmasını nəzərdə tutduğu projeləri işə saldı".

Bu sözləri Axar.az-a NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Rusiyanın sərhədləri yaxınlığında NATO bazalarının yerləşdirilməsi məsələsini şərh edərkən deyib.

O, Rusiyanın getdikcə özünü çətin duruma saldığını bildirib:

"Rusiyanın bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə təhdidi artdığı bir dövrdə NATO-nun Polşanın Şeçin şəhərində özünə yeni hərbi baza yaratmaq istəyi gözlənilən idi. Mən Uels Sammiti öncəsi və sonrası bu cür qərarların olacağını demişdim. Bunlar işin görünən tərəfidir. Rusiya ilə əlaqədar bağlı qapılar arxasında hələ bu cür çox qərarlar qəbul olacaq ki, Rusiya üçün çox ağır nəticələnəcək. NATO öz müttəfiqlərini və üzv dövlətləri qorumalıdır. Polşadakı yeni baza çevik hərbi baza olacaq. Orada istənilən məsələyə dərhal reaksiya vermək qabiliyyətində olan alay yerləşdiriləcək. Orada yerləşdiriləcək ordu 24 saat fövqəladə vəziyyətdə duracaq. Bu proses Rusiyanın qonşularına təhlükə olmadığı sübuta yetirilənədək davam edəcək. Hazırda Rusiyanın bu cür xarici işğal siyasəti NATO-nun illər sonra hərəkətə keçirəcəyi və planlaşdırmağı nəzərdə tutduğu projeləri tezləşdirdi. Əslində, Rusiyanın bu cür davranışı bir növ bizlər üçün həm də hədiyyədir. Rusiya öz-özünü getdikcə çətin duruma salır. Əgər xarici siyasətində dəyişiklik etməsə, Rusiya məhvə məhkum olacaq. Bunun da çox uzaq tarixdə olmayacaq".

Fərrux Məmmədov Gürcüstanda NATO hərbi bazalarının yerləşdiriləcəyini söyləyib:

"Təbii ki, Cənubi Qafqaz ölkələrini də Rusiya təhlükəsindən qorumaq Qərb üçün önəmlidir. Burada NATO qoşunlarının yerləşdirilə biləcəyi iki əsas ölkə var: Gürcüstan və Azərbaycan. Yaxın illərə Gürcüstan üçün bunun reallaşacağını demək olar. NATO və Amerika Gürcüstanda hərbi baza aça bilər. Gürcüstanın Qara dənizə birbaşa çıxışının olması orada hərbi dəniz donanmasının da yerləşdirilməsinə imkan verir. Azərbaycanın milli təhlükəsizlik proqramına görə xarici qüvvələrin ölkədə yerləşdirilməsi qadağandır, lakin əgər ölkəyə xaricdən real təhlükə yaranarsa, o zaman bu proqram qüvvədən düşür. Azərbaycan hər zaman yardım istəyə bilər. Qərb hər zaman Azərbaycanın atacağı addımı səbirsizliklə gözləyir. Bu, ümumilikdə, bütün siyasi coğrafiyanı dəyişəcək. Azərbaycan xalqı bilməlidir ki, ölkə üçün etibarlı tərəfdaş Türkiyə, Amerika və NATO-dur".

Tarix
2014.07.25 / 15:28
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla