Yuxarı

Döyüşlər şiddətləndi: Putinin Ərdoğandan xahişi... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsəd Afrində Türkiyə ilə mübarizə apara biləcək hərbi potensialda deyil, bu oyunun baş rejissoru böyük ehtimalla, Rusiya və ya Rusiyanın müəyyən dairələri, yəni rus generalları idi.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Əsədə bağlı azsaylı Suriya qüvvələrinin bir neçə artilleriya zərbəsi fonunda Afrindən geri çəkilməsinin Rusiyanın razılığı ilə baş tutduğunu bildirib:

“Bildiyiniz kimi, Astana formatı çəriçivəsində Moskva və Ankara Suriya və Türkiyə qoşunlarının bir-birilə müharibə apara bilməyəcəyinə dair razılaşıb. Hesab edirəm ki, Ərdoğanla Putin arasında baş tutan telefon söhbətində əldə edilmiş bu razılıq yada salınıb. Hətta Putinin Türkiyədən əməliyyatları daha qısa müddətdə başa çatdırmağı xahiş etdiyini də istisna etmirəm”.

Politoloq Türkiyə qoşunlarının Suriyada manevr imkanlarının daha da artdığını düşünür:

“Hazırda Afrin uğrunda ağır döyüşlər gedir. Bu döyüşlərdə həlledici məqam yetişə bilər. Türk qoşunları Afrinin mərkəzinə doğru irəliləyir, mülki əhalinin çoxu artıq şəhəri tərk edib, yerdə qalanlar sadəcə terrorçulardır. Putin Türkiyənin incik sala biləcək hərəkətlərə yol vermək fikrində deyil. Moskva üçün Türkiyənin hərəkətləri əhəmiyyətlidir. Çünki burada bir antiamerika elementləri var və bu, Moskvaya sərf edir. Ona görə də Rusiya Türkiyənin Afrində hərbi əmliyyatlar aparmasına normal baxır”.

Q.Hüseynlinin fikrincə, Türkiyə Afrin hərəkatını yaxın bir neçə gündə başa çatdıracaq və bu bölgəni terrorçulardan tamamilə azad edəcək:

“Hazırda Türkiyənin bölgədə irəliləməsi üçün heç bir ciddi hərbi və siyasi maneə yoxdur. Türkiyə qoşunları sərbəst surətdə Afrin əməliyyatlarını başa çatdıracaq, daha sonra isə ərazisindəki qaçqınların Suriyaya köçürülməsi prosesinə start verəcək və bununla da bütün dünyaya Suriya torpaqlarında gözü olmadığını sübut edəcək”.

Qeyd edək ki, ötən gün Bəşər Əsədə sadiq qüvvələr Suriyanın Afrin şəhərinə daxil olsa da, Türkiyə ordusunun artilleriya zərbəsindən sonra geri çəkilmişdi.

Tarix
2018.02.22 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla