Yuxarı

Paşayevadan Makrona etiraz: Ədalətsiz qərar...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva İstanbulda İSTAD-ın Xocalı soyqırımı ilə bağlı təşkil etdiyi tədbirdə çıxış edib.

Axar.az xəbər verir ki, Qənirə Paşayeva Fransa prezidentinin qondarma erməni soyqırımı ilə bağlı heç bir tarixi əsası olmayan ədalətsiz açıqlamalarından, Hollandiya parlamentinin qondarma erməni soyqırımını tanıyan ədalətsiz qərarından danışıb və bütün türk kökənli insanları bu ədalətsizliklərə etiraz etməyə səsləyib.

Millət vəkili bildirib ki, işğalçı ölkəyə “işğal etdiyin Azərbaycan torpaqlarını azad et” deməyən o siyasətçilər bu məsələlərdən öz maraqları üçün istifadə edirlər:

“Tarixdə heç bir zaman türklər ermənilərə qarşı soyqırım törətməyib, tam əksinə, ermənilər həm Anadoluda, həm də Azərbaycan torpaqlarında 20-ci əsrin əvvəlində və sonunda türk insanına qarşı soyqırımlar törədiblər. Fransa prezidentinin, Hollandiya parlamentinin də yalanları dəstəkləməsi, gerçəkləri görmək istəməmələri insanlarımızda böyük üzüntü yaratmaqla bərabər, düşüncələrdə ciddi suallara da səbəb olmalıdır.

Xocalı soyqırımının 26-cü ildönümü tamam olur. Amma biz qondarma erməni soyqırımı yalanlarına dəstək verənlərin Xocalı soyqırımı ilə bağlı bir cümlə açıqlamasını belə eşitmədik. Ölənlər hansı millətdən olursa-olsun, əvvəlcə insandı. Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Amma qondarma erməni soyqırımı yalanlarını dəstəkləyənlər 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulması, o insanların öz evlərinə dönməsinin vacibliyi ilə bağlı heç zaman danışmayıb. Atalarının belə görmədiyi hadisələrdən danışanlar bəs niyə hər şeyi gördükləri Xocalı üçün bir açıqlama vermirlər? Niyə Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsi, 1 milyon azərbaycanlının öz evinə dönməsinə imkan verməsi üçün təzyiq etmir, çağırış səsləndirmirlər? Xocalı soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır”.

Millət vəkili özəlliklə Avropadakı türk diaspor təşkilatlarının bu cür açıqlamalara etiraz səsini ucaltmasının vacibliyinə toxunub, gəncləri sosial mediada yalanlara qarşı mübarizədə aktiv olmağa çağırıb:

“Biz Xocalı soyqırımı da daxil olmaqla, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik. Sizə və dünyanın hər yerində yaşayan qardaş-bacılarımıza səslənərək demək istəyirəm ki, buna nail olmayana qədər bizə rahatlıq olmamalıdır və hər birimiz bu istiqamətdə daha çox çalışmalıyıq”.

Tarix
2018.02.25 / 20:54
Müəllif
Aygün Yusibova
Oxunub
4 425
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla