Yuxarı

Türkiyəli alpinistlər: Qarabağ azad olunduqdan sonra...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı faciəsinin qurbanlarının anım günü münasibətilə Culfa rayonu ərazisindəki İlandağa yürüş təşkil edilib. Yürüşə muxtar respublikanın Hava və Ekstremal İdman Növləri Federasiyasının “İlandağ” idman klubunun 11 idmançısı ilə birlikdə Türkiyənin müxtəlif bölgələrindən gələn 26 idmançı da qatılıb.

Axar.az xəbər veirr ki, yürüş iştirakçıları Azərtac-ın müxbiri ilə təəssüratlarını bölüşüblər:

Yakub Qarataş (Antalya): Bu, mənim Naxçıvana ilk səfərimdir. Eşitdim ki, Xocalı faciəsinin qurbanlarının anım günü münasibətilə İlandağa yürüş olacaq. Bu cür yürüşlərin keçirilməsi yaxşı haldır. Ötən ildən fərqli olaraq, bu il daha çox insanın iştirak etdiyini dedilər. Düşünürəm ki, növbəti ildə daha çox insan yürüşə qatılacaq. Gələn il də bu yürüşə qatılmaq fikrindəyəm. Qarabağ azad olunduqdan sonra isə oradakı zirvələrə də çıxmaq istəyirik.

Naxçıvana gəldiyimə, bu gözəl diyarı gördüyümə görə çox şadam. Buranın insanları qonaqpərvərdirlər, bizi mehribanlıqla qarşıladılar. Şəhərdə gəzintilərimiz oldu, xüsusilə muzeylərin tarixi eksponatlar baxımından zənginliyi bizi valeh etdi.

Mərvə Təkin Yıldız (İstanbul): İlk olaraq Naxçıvanın gözəlliyi, təmizliyi, sakit həyatı barədə danışmaq istəyirəm. Buranı belə təsəvvür etmirdim. Düşünürdüm ki, İstanbul kimi səs-küylü şəhərlə, avtomobillərin nizamsız hərəkəti və sıxlıqla qarşılaşacağam. Amma gəlib gördükdə yanıldığımı anladım. Naxçıvanın təmizliyi, insanların mehriban münasibəti, şəhərdə avtomobillərin hərəkəti, insanların bizə qarşı münasibəti – hər şey fərqlidir, çox gözlədir.

İlandağa yürüşə gəlincə, deyərdim ki, ən çətin yürüşlərimdən biri oldu. Qrup rəhbərinin tapşırığı ilə zirvəyə çətin yolla getdik. Açığı, iki-üç dəfə çətinliklə üzləşdim. Xüsusilə, zirvəyə yaxın yerlərdə yol üzərində sürüşkən qayaların olması işimizi çətinləşdirdi. Buna baxmayaraq, zirvəni fəth etdik və bu, mənim həyatımda ən gözəl yürüşlərdən biri oldu.

Celal Qaraalı (İstanbul): Xocalı soyqırımını, erməni vəhşiliklərini dünyaya tanıtmaq üçün İlandağa təşkil edilən yürüş ən gözəl addımlardan biridir. Zirvəyə yürüş olduqca çətin keçdi. Bundan sonra nə vaxt yürüş təşkil edilsə, Naxçıvana gələcəyəm. Çünki bu diyar mənə çox doğma təsir bağışladı. Üç gün ərzində Naxçıvanda bizə göstərilən münasibət bütün yorğunluğumuzu çıxartdı. Şəhərin təmiz, sakit olması isə ayrıca bir gözəllikdir.

Volkan Mikyas (İğdır): İlandağa zirvəsinə qalxmaq çətin oldu. Dağ haqqında maraqlanmışdıq və zirvəyə yaxın yerdə sıldırım qayaların olduğunu bilirdik. Buna görə çətinliklərlə üzləşdik. Belə yürüşlərdə özünlə bərabər, dostlarını, komanda yoldaşlarını da düşünməlisən. Şükürlər olsun ki, çətinlikləri dəf etdik və zirvəyə çatdıq. Gördüyünüz bu daşı da dağdan götürmüşəm. Bu, kolleksiyamın ən gözəl daşlarından biri olacaq. Çünki çətinliklə əldə olunan hər şey gözəldir.

Mən Naxçıvan Muxtar Respublikası ilə sərhəddə olan İğdırda yaşayıram. Naxçıvan barədə çox eşitmişəm və buranın gözəlliyinə, təmizliyinə, sakitliyinə bələdəm. İlk dəfə bu şəhərə gələn dostlarım da bu qənaətimə şərik olduqlarını dedilər. Növbəti ildə də İlandağa gəlib Xocalı soyqırımı günündə zirvəni fəth etmək niyyətindəyik.

Vahid Nəcəfov (“İlandağ” İdman Klubunun idmançısı): Bu, İlandağa mənim ilk yürüşüm idi. Dağın ətəyində hərəkət etmək nə qədər asan idisə, zirvəyə doğru gedən yol bir o qədər çətin idi. Lakin çətinliklərə qalib gəlib zirvəni fəth etdik. Buna uzun müddət idi ki, hazırlaşırdıq. Məşqlərdə hər zaman çətinliklərlə üzləşəcəyimizi bilib bəzi hərəkətləri dəfələrlə təkrarlamışdıq. Xüsusilə Xocalı soyqırımına həsr olunmuş yürüşün iştirakçısı olmaq, peşəkar idmançılarla zirvəyə qalxmağın özü qürurverici haldır. Növbəti illərdə də keçiriləcək bu cür yürüşlərdə iştirak etmək istəyirəm.

Tarix
2018.02.26 / 19:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla