Milli Məclisin üzvü Qənirə Paşayeva cəbhə xəttində
şəhid olan dörd övlad atası İsə Almazov haqqında yazıb.
Deputatın Feysbuk səhifəsində yerləşdirdiyi
yazını təqdim edirik:
4 balan millətə əmanət dəyərli şəhid qardaşımız! Rahat
yat!
Bir az əvvəl Tovuz və Qazaxdan qayıtdıq. Tovuzda Şəhidimiz
Vüqarın yasından sonra Qazaxda, Cəfərli kəndində şəhid qardaşımız
Almazov İsə Ziyad oğlunun yas mərasimində iştirak edib, ailəsinə,
yaxınlarına başsağlığı verdik. İsə qardaşımız qəhrəman
oğullarımızdandır. 4 övlad atası olan dəyərli şəhidimizi hər kəs
vətənini, millətini sevən, qeyrətli oğullardan biri və gözəl insan
kimi anladırdı. Düşmənin təxribatlarına layiqli cavab verən və
şəhid olan dəyərli bir qardaşımız, şəhidimizdir. Allah rəhmət
etsin. Nur içində yatsın. Həyat yoldaşı bütün ağrı və acısına
baxmayaraq şəhidlər ölmür, mənim həyat yoldaşım da hər zaman
yaşayacaq və övladları hər zaman ataları ilə qürur duyacaq deyirdi.
Möhkəm olacam, 4 övladımı atalarının adına layiq böyüdəcəm deyən bu
dəyərli bacımızın qarşısında baş əyirik. Şəhidimizin gözəl
övladları ilə də görüşdük. Gözlərində elə qəribə kədər vardı ki,
hamısının... İnsanın ürəyi parçalanırdı. Allah sizi atasız qoyan
Ermənistana lənət etsin, bəlalarını versin və inşallah layiq
olduqları cəzaları alacaqlar dedik. Onlar indi millətə, dövlətə
əmanətdir və inanırıq ki, dövlətimizin və millətimizin onlara
diqqət və qayğısı hər zaman yüksək olacaq. Ordan qayıdanda
mətbuatda guya Qazağın hansısa kəndlərinin boşaldılması ilə bağlı
məlumatlar gördüm. Doğru deyil. Ermənilərə ən yaxın mövqelərdə
yerləşən kəndlərdən keçdik, Cəfərlidə yas mərasimində iştirak
etdik. Yasda çoxlu insanlar vardı və onlar heç bir zaman düşmənin
arzusuna çatmayacağını deyirdilər. Bu kəndlərin insanları qəhrəman
insanlardır və müharibənin ən ağır günlərində belə evlərini tərk
etməyiblər və bu gün belə bir düşüncədə deyillər. Gəlin düşməni
sevindirən doğru olmayan məlumatların yayılmasına imkan verməyək.
Tovuzda hərbiçilərimiz, əsgərlərimizlə də söhbət etdik. Düşmənə
layiqli cavab vermək üçün hər an hazır olduqlarını deyirdilər.
Dualarımızı onlardan əksik etməyək. Allah ön cəbhəmizi qoruyan
əsgər və hərbiçilərimizi qorusun. Düşmən Ermənistan və onun
arxasında dayanan güclər isə inşallah öz layiqli cəzalarını
alacaqlar. Allah Ermənistanın da, ona dəstək verənlərin də bəlasını
versin. Vətəni ən yüksək səviyyədə qoruyan oğullarımıza Allah kömək
olsun!
Musavat.com