Yuxarı

Zakir Həsənov Azərbaycan xalqına təşəkkür etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov Azərbaycan xalqına təşəkkür etdi

Azərbaycan Müdafiə Nazirliyi xalqa müraciət ünvanlayıb.

Axar.az Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Son günlər Müdafiə Nazirliyinin ünvanına keçmiş döyüşçülər, müharibə veteranları, o cümlədən, cəbhəyanı bölgələrdə yaşayan sakinlərdən düşməni məhv edərək torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Silahlı Qüvvələrimizin şəxsi heyətinə dəstək olduqlarını ifadə edən çoxsaylı müraciətlər daxil olur.

Vətəndaşlarımızın bu cür çağırışları şəxsi heyət üçün mənəvi dayaq, orduda gələcəkdə xidmət edəcək gənclər üçün əvəzolunmaz nümunə və Vətən üçün böyük bir şərəfdir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin şəxsi heyəti vətənpərvərlik çağırışları ilə zəngin bu müraciətlərin şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin və mənəvi-psixoloji hazırlığının artırılmasına müsbət təsir göstərdiyini bildirir və bu təşəbbüsü minnətdarlıqla qarşılayır".

Tarix
2014.08.03 / 15:16
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla