Yuxarı

“Bu dedi-qoduları düşmənin casusları yayır” - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu dedi-qoduları düşmənin casusları yayır” - Politoloq

"Vətənə xəyanətin bir növü də, "kasıbın balası öləcək, nazirin balası kef edəcək" fikirləridir".

Bu haqda Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev son günlər cəbhə xəttində yaşanan gərginliklə əlaqədar olaraq ictimaiyyət arasında dolaşan fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, cəbhədə gərginliyin artdığı bir vaxtda insanlarımızın bir-birlərinə qarşı səsləndirdiyi ironik fikirlərin özü də vətənə xəyanətin bir növüdür:

"Ölən şərəfli, qaçıb gizlənən isə şərəfsizdir. Bu cür dedi-qodular, qorxub qaçmaq üçün bəhanədən başqa şey deyildir. Bu vətən bizimdir, kiminsə qorxaqlığı igidləri sındıra bilməz. Təhlükəli olan qeyri-peşəkar komandirlərdir, bax bunlardan qorxmaq lazımdır. Bu cür dedi-qodular xalqın mübarizə ruhunu öldürür, düşmənin əlinə su tökür. Bu dedi-qoduları düşmənin casusları yaymağa başlayır, cahillər isə çoxaldır. Hər kəs qaçsa da, vətən övladı tək başına son gülləsinə qədər torpağını qorumalıdır".

Xatırladaq ki, son günlər cəbhədə yaşanan gərginliklə bağlı olaraq sosial şəbəkələrdə insanlar arasında "söz savaşı" başlanıb və bu kimi hallar hələ də davam etməkdədir.

Tarix
2014.08.03 / 17:24
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla