Yuxarı

Deputat: “Xüsusi təyinatlıların hücumunu hazırlamalıyıq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat: “Xüsusi təyinatlıların hücumunu hazırlamalıyıq”

"Qoşunlarımızdan dərhal hücum gözləməyimiz düz deyil".

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Rasim Musabəyov öz Feysbuk səhifəsində çıxış edib.

O, Azərbaycanın fəallığının Qarabağ məsələsinin yenidən beynəlxalq gündəmdə aktivləşməsinə səbəb olacağını bildirib:

"Azərbaycan tərəfinin cəbhə bölgəsində fəallığı Qarabağ münaqişəsinin beynəlxalq gündəmdə aktual qalması üçün lazımdır. Bu baxımdan məqsədə nail olundu. Lakin genişmiqyaslı hərbi əməliyyatları emosiya altında başlamaq olmaz. Erməni tərəfini və havadarlarını gərginlikdə saxlamaq, onları gözləmədiyi halda vurmaq lazımdır. Cəzalandırmaq məsələsi də eyni cür. Hal-hazırda ermənilər son dərəcə hazırlıqlıdırlar və bizim kəşfiyyat qruplarımızı onların üstünə göndərməyimiz ehtiyatsızlıq ola bilər. Hesab edirəm ki, Hərbi Qüvvələrin təcrübəli xüsusi təyinatlı dəstəsinin hücumunu hazırlamaqla biz ermənilərə işğal etdikləri ərazilərimizdə rahat oturmağın mümkün olmayacağını dərk etdirəcəyik".

Tarix
2014.08.04 / 16:14
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla