Yuxarı

Ermənistanın hücumuna son qoyulması ilə bağlı petisiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanın hücumuna son qoyulması ilə bağlı petisiya

Ağ Evin rəsmi saytının "Biz xalqıq" (We the People) bölməsində son günlər Ermənistan ordusunun atəşkəs rejimini pozmasına son qoyulması ilə bağlı petisiya yerləşdirilib.

Axar.az-ın məlumatına görə, bu barədə AzərTAc-a Azərbaycan Dövlət İdarəçilik Akademiyasının tələbələri məlumat veriblər. Tələbələr öz təşəbbüsləri ilə bu petisiyaya başladıqlarını bildiriblər. ABŞ Prezidenti Barak Obama administrasiyasının diqqətinə ünvanlanmış petisiyada son günlər qoşunların təmas xəttində Ermənistan ordusunun atəşkəsi pozduğu və erməni kəşfiyyat qruplarının Silahlı Qüvvələrimizin mövqelərinə basqınlar etdiyi qeyd olunur. Bildirilir ki, bunun nəticəsinə Azərbaycan ordusu itkilər verib, yaralılar var.

Müraciətdə, həmçinin qeyd edilir ki, 20 ildən artıqdır davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xeyli insanın ölümünə, regionda sabitliyin və təhlükəsizliyin pozulmasına səbəb olub.

Petisiyada vurğulanır ki, Azərbaycan xalqı bölgədə sülhün bərqərar olmasını və erməni təcavüzkarlarının atəşkəsi pozmalarına son qoyulmasını istəyir.

Petisiyanı dəstəkləmək üçün göstərilən linkə (https://petitions.whitehouse.gov/petition/stop-armenia-violate-casefire-regime-border-azerbaijan/sbD9shFC) daxil olmaq, sağ tərəfdə ad (first name), soyad (last name), elektron ünvanı tələb olunan hissələrdə yazmaq və SİGN NOW düyməsini basmaqla petisiyanı imzalamaq olar. Bundan sonra elektron ünvana göndərilən təsdiqedici linki açmaqla petisiyanı imzalama prosesi başa çatmış olur.

Qeyd edək ki, petisiyaya Ağ Ev tərəfindən baxılması üçün bu il sentyabrın 2-dək 100 000 imza toplanmalıdır.

Tarix
2014.08.04 / 20:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla