Yuxarı

“Bu saxta, epizodik, məcburi vətənpərvərlik…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu saxta, epizodik, məcburi vətənpərvərlik…”

"Bu saxta, epizodik, məcburi vətənpərvərlik doğrudanmı bizə lazımdır?!"

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa öz Feysbuk hesabında son günlər cəbhə xəttində yaşanan gərginliklə bağlı insanlar arasında yaranan vətənpərvərlik məsələsinə toxunarkən yazıb. Onun sözlərinə görə, bir zamanlar Sasani hökmdarı Bəhram Gur bütün məmləkət əhlinə hər ilin bir günündə "Şənlənin!" əmrini vermişdi:

"Həmin gün məyus görünəni şiddətlə cəzalandırırdılar. Sonralar Azərbaycanın bölgələrində məhərrəmlik mərasimlərində kimliyindən asılı olmayaraq hamı kədərli, göz yaşları içində görünməliydi. Çevrədəkilər başqa cür davranana çox pis baxardı. Bunları ona görə xatırladım ki, vətənpərvərlik aurası yaratmaq üçün işbazların çoxu fişləmə, ifşa etmə yarışına çıxıb ki, filan televiziya niyə bu proqramı verdi, filan müğənni niyə ucadan oxudu, filankəs niyə gülərək yoldan keçdi, filankəs niyə tətilini yarımçıq qoyub vətənə qayıtmadı və s. Hamı icbari qaydada vətənpərvərlik standartlarının içinə salınmaqdadır sanki".

Millət vəkili bu vətənpərvərlik aurasını yolverilməz sayıb:

"Bu, bəzi ölkələrdə İslam adı ilə zorla qadınlarının baş örtüsü geyinməyinə , zorla hamının Şimali Koreyadakı kimi göz yaşı tökməyinə bənzəyir. Hər kəsin öz funksiyası, işi, vəzifəsi var. Güdükçülüklə, məcburiyyətlə, qınaqla faydalı nəticə əldə etmək olmaz. Buraxın hər kəs başqasının qınağına görə deyil, öz duyğuları ilə, səmimi şəkildə bu günümüz üçün, çətin məqamlarımız üçün öz töhfəsini versin. Keçici, müvəqqəti emosionallığın acı nəticələrini biz illər öncə yaşamışıq. Mən gənc, çılğın, hərəkatçı uşaqların böyük ziyalımız Mirzə İbrahimovun papağını necə vurub yerə saldığını görmüşdüm. Halbuki kütlənin az qala vətən xaini elan etdiyi bu şəxsiyyət dilimizin statusu uğrunda dövrün zorluqları içində qəhrəmancasına savaş vermişdi və hər cür təhdidlərə məruz qalmışdı".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan insanının əksəriyyəti şəhidlərimiz üçün acıyır - müğənnisi də, televiziya işçisi də, jurnalisti də, siyasətçisi də, yoxsulu da, varlısı da:

"Sadəcə, "kim daha çox vətənpərvərdir" tok-şousunu düzəltməyə gərək yoxdur, qoyun hər kəs səmimiyyətinin, fədakarlığının çatdığı qədər bu vətənin acısını yaşasın".

Tarix
2014.08.05 / 10:02
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Fidan, Bayramov və Boçorişvili İstanbulda görüşəcək

Gəmidə yaralanan azərbaycanlıların vəziyyəti... - XİN

Ümid edirəm ki, Bakıya gedəcəm - Paşinyan

Rusiya üçün kritik gün: Paşinyan qalib gəlsə, bitdi...

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla