Yuxarı

MSK püşkatma keçirdi: Ödənişsiz efir vaxtı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar prezidentliyə namizədlərin İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə martın 19-da Mərkəzi Seçki Komissiyasında (MSK) püşkatma keçirilib.

Bu barədə Axar.az-a MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, artıq prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb, 8 iddiaçının namizədliyi qeydə alınıb və martın 19-dan seçkiqabağı təşviqata start verilib. Seçki Məcəlləsinin tələbinə əsasən, prezidentliyə namizədlərin İctimai Televiziya və Radio Yayımları Şirkətində ödənişsiz əsaslarla efir vaxtı almaq hüquqlarının təmin edilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulandan 2 dəfə artıq, həftədə 6 saat efir vaxtı ayrılıb. Qeydə alınmış namizədlər və namizədləri qeydə alınmış siyasi partiyaların təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası və İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əldə olunmuş razılığa əsasən ayrılmış efir vaxtı təqdim etmiş qurumun imkanları daxilində həftənin 3 günü hər dəfə 1 saat olmaqla saat 19.00-da radioda, 22.00-da isə televiziyada istifadəçilərin sərəncamına veriləcək. Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, ayrılmış efir vaxtının qanunvericiliklə müəyyən edilmiş qaydada həmin vaxtdan istifadə etmək hüququ olan subyektlər arasında bölüşdürülməsi məqsədilə əvvəlcədən püşkatma komissiyası yaradılıb, püşkatmanın keçirilməsi tarixi və vaxtı müəyyən olunub.

Sonra qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələrinin, beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə püşkatma keçirilib və prezidentliyə namizədlərin, yaxud onların səlahiyyətli nümayəndələrinin “Dəyirmi masa” ətrafında yerləşmə və sözverilmə ardıcıllığı müəyyən olunub.

Mərkəzi Seçki Komissiyası püşkatmanın nəticələrinin rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəlinin Seçki Məcəlləsində nəzərdə tutulan qaydada dərc edilməsini qərara alıb.

Tarix
2018.03.19 / 20:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla