Yuxarı

Ermənistanın işğalçılığının tam şəkildə... - Yıldırım

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş naziri Binəli Yıldırım Türkiyədə gəzintidə olan bir qrup azərbaycanlı, eləcə də türkiyəli şəhid övladı ilə martın 19-da Çankaya köşkündə görüşüb.

Axar.az xəbər verir ki, şəhid övladlarını səmimiyyətlə salamlayan Türkiyə hökumətinin başçısı onların qəhrəman ataları ilə bağlı hisslərini xoş sözlərlə ifadə edib. Baş naziri Binəli Yıldırım deyib: “Azərbaycan-Türkiyə münasibətlərinin təməlində “bir millət, iki dövlət” prinsipi və qardaşlıq vardır. Bu layihə əlaqələrimizin inkişafı üçün özünəməxsus təsirə malikdir. Türkiyə hər zaman Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyib. Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində həll olunması üçün əlimizdən gələni etmişik və edəcəyik. Ermənistanın işğalçılığının tam şəkildə aradan qaldırılması, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, o cümlədən qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması haqqın və ədalətin bərpa olunması üçün mühüm şərtdir”. Baş nazir, həmçinin bir neçə gün əvvəl keçirilən VI Qlobal Bakı Forumunda iştirakı, paytaxtımızda keçirdiyi görüşlər və Azərbaycana səfirinin xoş təəssüratlarından danışıb.

Türkiyə hökuməti adından şəhid övladlarına ziyafət və hədiyyələr verilib.

Baş nazir Binəli Yıldırım uşaqlarla xatirə şəkli çəkdirib.

Sonda Türkiyə hökumətinin başçısına Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən portret hədiyyə olunub.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar, hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Öznur Çalık və digər rəsmi şəxslər görüşdə iştirak ediblər.

Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə həyata keçirilən “Azərbaycan-Türkiyə şəhid övladları qucaqlaşırlar” layihəsinin təşkilatçısı Türkiyədə fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi, himayədarı isə Türkiyə Nazirlər Kabinetinin Tanıtma Fondudur.

Azərbaycanlı şəhid uşaqların Türkiyədə gəzintisi martın 27-də başa çatacaq.

Tarix
2018.03.19 / 21:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla