Yuxarı

Jurnalistlərdən ANS-in müxbirinə “güllə” kimi cavablar...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jurnalistlərdən ANS-in müxbirinə “güllə” kimi cavablar...

Bir neçə gün əvvəl tanınmış teleaparıcı İlqar Mikayıloğlu cəbhə xəttinə gedib, oradan yanlış xəbər verən jurnalistləri kəskin tənqid edib.

Musavat.com xəbər verir ki, teleaparıcı cəbhəyə gedənləri saxta qəhrəman adlandırıb: "İndiki müxbirciklərin böyük əksəriyyəti cəbhə xəttinə xəbər gətirmək üçün getməyib.

Onlara elə gəlir ki, Çingiz Mustafayev, Vahid Mustafayev, Mirşahin Ağayev, Şakir Eminbəyli, Gündüz Bakılı, Asif Bağırov, Vaqif Dərgahlı, mayor Rahib ola biləcəklər. Bir sözlə, qəhrəman olmaq istəyirlər. Onlara cəbhədə atışma oyun-oyuncaq gəlir. Çünki nə qulaqlarının dibində mina partlayıb, nə pulemyot onları palçığa sıxıb. Nə acından donmuş çörək yeməyiblər, nə səngərdə başlarının altına maqazin qoyub yatmayıblar. Nə də parçalanmış meyit daşımayıblar".

Teleaparıcı həmçinin deyib ki, jurnalistlərin çoxu cəbhə bölgəsinə şəkil çəkdirmək üçün gedib: "Gedib kəndin yol işarəsinin altında şəkil çəkdirməkdi onların işi və qanmazlıqları ucbatından yalan xəbər yaymaq. Bir sözlə, indikilərin böyük əksəriyyəti sırf özünü gözə soxub qəhrəman olmaq istəyir".

Cəbhə bölgəsinə gedən jurnalistlər isə İ.Mikayıloğlunun bu ittihamlarına kəskin cavab veriblər. "Yeni Müsavat" ın əməkdaşı Məhəmməd Türkmən: "Mənim İlqar Mikayıloğluna böyük hörmətim var. Amma onun sözlərinə cavab verməliyəm. İlqar bəy cəbhə xəttinə gedənləri saxta qəhrəman adlandırıb. Sözlərindən belə çıxır ki, cəbhə xəttinə gedənlər informasiya toplamaq, insanlara düzgün məlumat çatdırmaq üçün yox, qəhrəman olmaq üçün gedirlər. Ola bilsin o, qəhrəman olmaq istəyib. Bizim isə belə fikrimiz olmayıb. Mən öz peşəm gərəyi cəbhə xəttinə getmişəm və işimi görmüşəm. İlqar bəy onu düz deyib ki, nə qulaqlarımızın dibində mina partlayıb, nə də pulemyot bizi palçığa sıxıb. Bunu yaşadığımızı iddia etməmişik. Çünki müharibə yoxdur. Əgər olarsa, biz də o anları yaşayar, o çətinlikləri görərik. Bizim günahımız odur ki, İlqar bəy həmin anları yaşayanda biz uşaq olmuşuq? İndi o qocalıb, növbə bizimdir. Narahat olmasın, əgər müharibə olarsa, ondan öncə cəbhə xəttində biz olacağıq. Əgər İlqar bəy irad tutmaq istəyirsə, birinci öz işlədiyi televiziyadan başlasın. Şəhid verdiyimiz günlərdə konsert verən telekanallara irad tutsun. Onlara söz deyə bilməyən şəxs, cəbhəyə gedib bu xalqa məlumat ötürməyə çalışan jurnalistlərə irad tuta bilməz. Buna haqqı çatmır".

"Azadlıq" qəzetinin əməkdaşı Sevinc Vaqifqızı isə İlqar Mikayıloğluna cavab verməyə vaxtı olmadığını dedi: "Mən cəbhə bölgəsində hazırladığım reportajı montaj etməklə məşğulam. İlqar Mikayıloğluna cavab verib zaman itirmək istəmirəm".

Həmçinin cəbhə bölgəsinə yollanmış jurnalist Ramin Deko da İlqar Mikayıloğluna cavab verməyin vaxt itkisi olduğunu və ona heç bir cavab vermək istəmədiyini bildirdi.

Axar.az xəbər agentliyinin əməkdaşı Tural Qurbanlı İlqar Mikayıloğlunu ciddi adam hesab etmədiyini dedi: "Ciddi birisi tənqid etsəydi, bəlkə zaman ayırıb cavabını verərdim. Təmas xəttindən çəkdiyim foto və videolar tökülüb qalıb. Mən işimlə məşğulam. Ona cavab verməyə ayıracaq zamanım yoxdur".

Aktual.az xəbər saytının əməkdaşı İlqar Vəliyev İlqar Mikayıloğlunu iddiasız və tükənmiş jurnalist adlandırdı: "Onun dedikləri haqda eşitdim. Amma mənasız hesab etdiyim üçün oxumadım. Çünki mənə onun nə dediyi maraqlı deyil. O tükənmiş, iddiasız və qeyri-ciddi biridir. Ona görə də məsələləri çox şişirtmək lazım deyil".

Tarix
2014.08.08 / 09:28
Müəllif
Axar.az
Digər xəbərlər

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla