Yuxarı

İlham Əliyev Putinlə görüşdü - Video/Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Putinlə görüşdü - Video/Yeniləndi

16:36

Bu gün Rusiyanın Soçi şəhərindəki "Boçarov Ruçey" iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü olub.

Axar.az xəbər verir ki, görüşdə Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısını salamlayaraq bunları deyib:

"Sizi Rusiyada görməyimizə çox şadıq. Çox sağ olun ki, dəvətimizi qəbul etmisiniz. Bizim çoxlu ikitərəfli və regional məsələlərimiz var. Allaha şükür ki, münasibətlərimiz inkişaf edir, özü də yüksələn xətt üzrə. Biz öz səviyyəmizdə, hökumətlər səviyyəsində müntəzəm əlaqə saxlayırıq. İqtisadi, humanitar əlaqələr inkişaf edir, başqa istiqamətlər üzrə də əvvəllər görünməmiş dərəcədə fəal əməkdaşlıq edirik. Ümumiyyətlə, bu bizim ikitərəfli əlaqələrimizdə daim möhkəmlənən etimad elementidir. Biz buna çox şadıq. Yəqin ki, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı köhnə, ağrılı problemlər barədə də söhbət edəcəyik".

Azərbaycan Prezidenti İlham Əliyev isə Rusiyaya yenidən səfər etməkdən məmnun olduğunu bildirib: "Sizinlə yenidən görüşmək, münasibətlərimizin çox geniş gündəliyini müzakirə etmək imkanına görə şadam.
Qeyd etdiyiniz kimi, bizim münasibətlərin çox pozitiv dinamikası – çoxillik, davamlı inkişaf dinamikası müşahidə edilir. Biz bunu çox yüksək qiymətləndirir və Rusiyanı beynəlxalq arenada əsas tərəfdaşlarımızdan biri hesab edirik. Əməkdaşlığımız çox sahələri ehtiva edir – həm qarşılıqlı siyasi fəaliyyət sahəsində, həm də iqtisadi sahədə yaxşı nəticələr müşahidə olunur. Əmtəə dövriyyəsi artır. Bu göstərici keçən il də artıb, bu il də artım görürük. Struktur yaxşılaşır. Artıq sanballı həcmdə qarşılıqlı sərmayələr qoyulur. Təbii ki, bu, bizim münasibətlərə yeni dinamika verir. Sizin keçənilki çox uğurlu səfərinizi Azərbaycanda çox səmimi xatırlayırıq. Düşünürəm ki, bu səfər bizim münasibətlərin inkişafına ciddi təkan verib. Biz əməkdaşlıq potensialını qətiyyətlə artırmaq əzmindəyik.

Əlbəttə ki, regional təhlükəsizlik və regionumuzda sabitlik məsələləri daim gündəlikdədir. Biz, əlbəttə, həddən artıq uzanmış və öz həllini tələb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini də müzakirə edəcəyik. Dəvətə və qonaqpərvərliyə görə bir daha sağ olun".

Qeyd edək ki, bu gün Putinin Ermənistanm prezidenti Serj Sarkisyanla da görüşü planlaşdırılır.

Sabah isə Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq. Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsində bildirib.

"Azərbaycan və Ermənistan prezidentləri arasında Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar gedəcək".

Tarix
2014.08.09 / 18:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Fələstini təbrik etdi

Nikolun planı: Dəhlizdən əvvəl kəmər və xətt çəkmək istəyir

Ukraynada dəhşət: Pullar Rusiyaya daşınıb...

İlham Əliyev Fələstin prezidentinə məktub göndərdi

Səfirliyimizin yaxınlığına hücum: Hadisə yerindən - Foto

Raket qalıqlarının səfirliyimizin binasına düşməsinin təfərrüatı

Rusiya Azərbaycanın notasına cavab verdi

Əliyevdən Zelenskiyə: Bu cür hücumlar qəbuledilməzdir!

Səfirliyə hücum: Zelenski İlham Əliyevə zəng etdi

Azərbaycan Rusiyaya nota verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla