Yuxarı

Sərkisyan Putinə Azərbaycandan şikayət etdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan Putinə Azərbaycandan şikayət etdi - Video

19:38

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra bu gün Soçidə Serj Sərkisyanla da görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Rusiya-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub.

Ermənistanla münasibətləri dost, strateji əməkdaşlıq kimi xarakterizə edən Putin İrəvanın Gömrük İttifaqına və Avrasiya İttifaqına qoşulmaqla bağlı qərarına toxunub. Bildirib ki, bu məsələdə son vəziyyət, o cümlədən Qarabağ probleminin nizamlanması ilə bağlı müzakirələr aparacaqlar.

Üç ay əvvəl görüşdüklərini xatırladan Serj Sərkisyan bəzi razılaşmaları tamamlamağın vaxtı çatdığını bildirib: "İnteqrasiya prosesi, konkret desək, Avrasiya İqtisadi İttifaqına Ermənistanın qoşulması ilə bağlı bəzi məsələləri müzakirə etməyə ehtiyac duyuram.

Əlbəttə, bizi Ukraynadakı situasiya narahat edir. Əgər vacib hesab etsəz, Rusiyanın bu məsələdə aldığı qərarlar barədə məlumat verərsiniz, mən isə öz növbəmdə bizim regiondakı durum və Azərbaycan-Ermənistan sərhəddində və təmas xəttində vəziyyəti Azərbaycanın qızışdırmasının səbəbləri haqda sizə geniş məlumat verəcəyəm".

Tarix
2014.08.09 / 21:53
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla