Yuxarı

Müxalifət yalan deyir: 6 yox, 62 nəfər həbs edilib - DİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 3 gündə müxtəlif növ inzibati xəta törətdiyinə görə respublika üzrə 6 nəfər deyil, 62 nəfər məhkəmələrin çıxardığı qərarlarla inzibati qaydada həbs olunub.

Bu sözləri Axar.az-ın sorğusuna cavabında DİN mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov deyib. Milli Şuraya daxil olan partiya və birliklərin funksionerlərinin səsləndirdiyi iddiaya cavab olaraq E.Zahidov bildirib ki, onların bu iddiası əsassız və yalandır:

“İnqibati qaydada həbs olunan 62 nəfər arasında iqtidar partiyasının da, müxalifət partiyasının da üzvü və ya tərəfdarları, eləcə də fəhləsindən tutmuş ziyalısına qədər ola bilər. Bəs nəyə görə müxalifət partiyalarının funksionerləri inzibati qaydada həbs olunan 62 nəfərin deyil, yalnız onlardan 6 nəfərin müdafiəsinə qalxır?

Deməli, bunlar hələ də özlərindən başqa heç kəsin aqibəti barədə düşünmürlər. Amma bilməlidirlər ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qayda-qanuna əməl etmək hamının borcudur. Burada istisnalar yoxdur”.

Qeyd edək ki, Milli Şuraya daxil olan partiya funksionerləri 6 üzv və tərəfdarlarının inzibati qaydada həbs edildiyini iddia ediblər.

Tarix
2018.04.14 / 17:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla