Yuxarı

Fransız deputat XİN-ə Qarabağ sorğusu göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Milli Assambleyasının üzvü Jan-Fransua Mancel Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son atəşkəs rejiminin pozulması halları ilə əlaqədar Fransanın xarici işlər naziri Loren Fobiusa sorğu ilə müraciət edib.

Avropa Azərbaycan Cəmiyyətindən Trend-ə bildirilib ki, avqustun 10-da Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında Soçidə baş tutan görüşün ardınca millət vəkili Fransanın xarici işlər nazirinə sorğu ilə müraciət edib.

Jan-Fransua Mancel nazirə bir daha xatırladıb ki, Fransa Rusiya və Amerika Birləşmiş Ştatları ilə birgə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir: "Mən ona sual verdim ki, Fransa hökumətinin bu məsələ ilə bağlı fikri nədir və münaqişənin Prezident Əliyevin qeyd etdiyi kimi, beynəlxalq qaydalara və ədalətə əsaslanaraq sülh və danışıqlar yolu ilə həllinin sürətləndirilməsi üçün hansı addımların atılması planlaşdırılır?"

Jan-Fransua Mancel Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun üzvüdür. O, həmçinin yeni yaradılmış Azərbaycanın Dostları Cəmiyyətinin prezidentidir.

Tarix
2014.08.15 / 15:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla