Yuxarı

Kremlin İrəvan ssenarisi: ya müharibə, ya da...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistanda qərbmeylli qüvvələrin başlatdığı etiraz hərəkatının hakimiyyət dəyişikliyi ilə nəticələnməsinə yol verə bilməz, çünki Ermənistan Rusiya üçün Cənubi Qafqazda çox mühüm müttəfiqdir.

Virtualaz.org xəbər verir ki, bu sözləri beynəlxalq münasibətlər üzrə ukraynalı ekspert Ruslan Osipenko Ermənistanda davam etməkdə olan etiraz hərəkatını şərh edərkən deyib. Ekspertin fikrincə Rusiya Ermənistanı öz orbitində saxlamaq üçün istənilən ssenariyə əl atmağa hazırdır.

Osipenkonun sözlərinə görə, Moskva Serj Sərkisyanın baş nazir təyin edilməsinə qarşı başlamış etiraz hərəkatını özünün geosiyasi maraqları və hərbi bazası üçün birbaşa təhdid kimi görür. Ona görə də artıq Ermənistanda Ukrayna ssenarisinə yol verməmək üçün tədbirlər üzərində fəal işləyir.

Ekspertə görə hələlik etiraz hərəkatının necə nəticələnəcəyi məlum deyil. Amma indiki situasiyada Ermənistanın Rusiya üçün Cənubi Qafqazda dayaq nöqtəsi rolunu başa düşmək lazımdır. Bu ölkədə Rusiya hərbi bazası var, sərhədlərini FTX qoruyur.

“Ermənistan Rusiya üçün Azərbaycana, Türkiyəyə, İrana təsir üçün geosiyasi alətdir Bundan çıxış edərək Rusiya erməni xalqının istəyinə baxmayaraq Ermənistanı itirə bilməz. Ona görə də İrəvanı iki ssenari gözləyir: ya Rusiya Ermənistanı tam işğal edəcək və böyük müharibə başladacaq, ya da yerli elitalarla kompromisə gedib Sərkisyanı daha neytral namizədlə əvəzləyəcək. Ancaq heç bir halda Ermənistanı özbaşına buraxmayacaq” - Osipenko bildirib.

Tarix
2018.04.20 / 12:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla