Yuxarı

İrəvanda aksiya "məxməri inqilab"la başa çata bilər? - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aksiya iştirakçıları özləri dağılışmasalar, İrəvanın mərkəzi küçə və prospektlərini bağlamağa, nəqliyyatın normal hərəkətinə əngəl yaratmağa davam etsələr, yaxud dövlət orqanlarının işinə mane olmağa cəhd göstərsələr, hüquq-mühafizə orqanları əvvəl-axır aksiyanı dağıdacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Şahin Cəfərli İrəvanda baş verən etiraz hərəkatına münasibət bildirərkən deyib. O qeyd edib ki, Ermənistanda davam edən kütləvi etiraz aksiyalarının hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyini düşünmür:

“Son illər Ermənistanda bu tip etirazları çox müşahidə etmişik. Düzdür, müxalif düşüncəli əhalinin etirazı üçün ciddi səbəb var. Serj Sərkisyan öz hakimiyyətini qorumaq üçün siyasi fırıldaq işlətdi. O, prezident “libasını” çıxarıb, baş nazir “qiyafəsinə” bürünərək, yenidən ölkənin 1-ci adamı oldu. Yəni faktiki olaraq, Ermənistanda heç nə dəyişmədi. Forma dəyişsə də, məzmun eyni qaldı. Bu isə əhalinin bir qisminin, xüsusən İrəvan əhalisinin qəzəbinə səbəb oldu”.

Politoloq qeyd edib ki, Ermənistan müxalifəti dağınıq durumdadır:

“Hazırkı kütləvi aksiyalar müxalif siyasi qüvvələrin mütəşəkkil təşkilatçılığı ilə deyil, müxalifətçi deputat Nikol Paşinyanın şəxsi təşəbbüsü ilə baş verir. Hər hansı ciddi təşkilatçılıqdan danışmaq mümkün deyil. Düzdür, hazırda elə dövrdə yaşayırıq ki, insanlar sosial media vasitəsilə özləri təşkilatlanıb hərəkətə keçə bilir. Ermənistan da bu baxımdan istisna deyil. Amma istənilən halda, meydana çıxan kütləni idarə etmək, onu hədəfə yönəltmək, müəyyən strategiya müəyyənləşdirmək və o strategiya əsasında ardıcıl taktiki addımlar atmaq uğur qazanmağın mühüm şərtləridir. Ermənistanda isə bunları görmürük. Lider qismində ortaya çıxmış Nikol Paşinyanın geniş kütlələri öz arxasınca aparacaq xarizmaya və nüfuza sahib olduğunu söyləmək də mümkün deyil”.

Politoloqun sözlərinə görə, Ermənistanın güc strukturları xalqa qarşı qanlı zorakılıq aktına qadir olduqlarını yaxın keçmişdə sübut ediblər:

“Elə Paşinyanın da aktiv iştirakçısı olduğu 2008-ci ilin qanlı 1 mart hadisəsini yada salmaq kifayətdir. Həmin vaxt bir neçə yüz min insan, az qala, İrəvan əhalisinin yarısı meydanda idi. Lakin hökumət mitinqçilərə atəş açmaqdan və vətəndaşlarını qətlə yetirməkdən çəkinmədi. Hazırda hökumət ümid edir ki, günlər keçdikcə etirazlar öləziyəcək”.

Politoloq vurğulayıb ki, belə vəziyyətdə "məxməri inqilab" baş verəcəyi və Sərkisyan rejiminin devrilməsi böyük sürpriz olar.

Qeyd edək ki, İrəvanda Serj Sərkisyanın hakimiyyəti baş nazir kimi yenidən qəsb etməsinə qarşı aprelin 13-dən davamlı aksiyalar keçirilir. Paşinyanın rəhbərliyi altında baş tutan aksiyalarda polis zorakılığı müşahidə olunur. Yüzlərlə aksiya iştirakçısı həbs edilib.

Tarix
2018.04.21 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla