Yuxarı

23 xadim Sərkisyanın verdiyi addan imtina etdi: 200 min şəxs...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistan saytlarını xeyli araşdırdım, müxtəlif mənbələrə baxdım, vəziyyət ciddidir.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. Ekspertin sözlərinə görə, polislər avtobus sürücülərini həbs edilənləri polis məntəqəsinə aparmağa məcbur edə bilmirlər:

"Sürücülər imtina edirlər. Sərkisyan kimə xalq və əməkdar artist adı vermişdisə, hamısı bu adlardan imtina ediblər, tək bu gün 23 nəfər bu addımı atıb. Digər tərəfdən, universitet müəllimləri, professorlar tələbələrə dəstək verib, tətil elan ediblər, kilsə hakimiyyəti xalqı dinləməyə çağırıb. Eyni zamanda, ölkədə yayımlanan bir neçə TV kanal etirazları canlı göstərir. Bir neçə şəhərin, rayonun bələdiyyə sədri etirazçılara qoşulub”.

Ekspert bildirib ki, korrupsioner və cani olan Sərkisyan otellərin birində etirazçıların lideri ilə görüşdə tənqidə dözməyib görüşdən qaçdı:

“Bundan sonra parlamentin bir neçə deputatı etirazçılara qoşulduğunu elan etdi. Hazırda İrəvanın mərkəzində 200 minə yaxın insanın iştirakı ilə etiraz mitinqi keçirilir”.

Ekspert vurğulayıb ki, ermənilər Sərkisyanı qovub demokratik, qərbyönümlü hakimiyyət qura bilərlər.

Xatırladaq ki, bu gün günorta saatlarında müxalif liderlər Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikayılyan həbs edilib.

Tarix
2018.04.23 / 00:03
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla