Yuxarı

Sərkisyanın istefası işin yarısıdır: Paşinyan sona qədər gedir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyanın Serj Sərkisyan üzərində qələbəsindən sonra onun iki yolu var idi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, birinci yol Sərkisyanın istefasıyla kifayətlənib Karen Karapetyanın baş nazir seçilməsinə yaşıl işıq yandırmaq idi:

“İkinci yol isə indiki hökumətin müvəqqəti xarakter daşıdığını bildirərək, növbədənkənar parlament seçkisi tələb etməkdir. Paşinyan doğru qərar verdi və ikinci yolu seçdi. Çünki Serj Sərkisyanın dəyişməsi işin yarısıdır, parlamentdə Respublika Partiyasının çoxluğuna son qoymaq lazımdır. Paşinyan artan reytinqindən istifadə edərək yeni seçkiyə gedib parlament çoxluğunu müxalifətin xeyrinə dəyişmək istəyir. Cin şüşədən çıxdı, Paşinyan və onun tərəfdarları Ermənistanda yaxın illərdə həlledici fiqurlara çevriləcək”.

Politoloqun sözlərinə görə, Ermənistanda bir nəfərin hakimiyyəti erası sona çatdı:

“Ermənistanda bu dəyişikliklərin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə təsiri olub-olmayacağı üzərində müxtəlif variantlar hazırlamalıyıq”.

Qeyd edək ki, Paşinyan gələn həftə Ermənistanda baş nazir seçiləcəyini, daha sonra isə ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcəyini bildirib.

Tarix
2018.04.24 / 09:14
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla