Yuxarı

Abutalıbov Yasamal qəbiristanlığını köçürür - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının qədim Yasamal qəbiristanlığının köçürülməsi planı yenidən aktuallaşıb.

Axar.az-a verilən məlumata görə, bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə Yasamal Rayon İcra Hakimiyyəti arasında məsləhətləşmələr aparılıb.

Müzakirələrin yekununda yekdil qərar qəbul edilməsə də, məzarlığın köçürülməsi planını reallaşdırılması istiqamətində müəyyən nəticələrə gəlinib.

Bu layihə sayəsində Badamdar şosesindən Parlament prospekti ilə Mikayıl Müşfiq küçələrinin kəsişməsinə qədər olan yolun hərəkət hissəsində yaranan tıxaclara son qoyula bilər.

Hazırda rəsmilər arasında müzakirələr aparılır və məzarlığın bütövlükdə köçürülməsi məqsədəuyğun sayılmır. Məlumata görə, Badamdar dairəsi ilə A.Şərifzadə küçəsini ("Azərbaycan" nəşriyyatının binasının arxası) birləşdirən birtərəfli yolun genişləndirilməsi üçün məzarlığın yarısının köçürülməsi müzakirədədir. Qərar qəbul edildikdən sonra Nazirlər Kabinetinə və Nəqliyyat Nazirliyinə layihə şəklində təqdim olunacaq.

Xatırladaq ki, bir müddət əvvəl BŞİH və Yasamal RİH rəsmiləri bu planın olduğunu təsdiqləyiblər. Amma qəbiristanlığın nə zaman və hara köçürüləcəyi açıqlanmayıb.

Tarix
2014.08.18 / 14:17
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla