Yuxarı

Ermənistandakı etirazların əsas səbəbi... - Gürcü politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı etirazların əsas səbəblərindən biri ölkənin ağır sosial-iqtisadi vəziyyətidir.

Bunu APA-ya açıqlamasında Gürcüstan İnkişafının Kompleks Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, siyasi elmlər doktoru, professor Levan Metreveli deyib.

O, Ermənistan iqtisadiyatında çox ciddi problemlərin olduğunu bildirib: “Bunu Ermənistan vətəndaşlarının ölkəni kütləvi şəkildə tərk etməsi də sübut edir. Gürcüstana da çoxlu sayda Ermənistan vətəndaşları axın edir. Ölkədə iqtisadi inkişaf xalqın maraqlarına və rifahına yönəlməyibsə, təbii ki, xalq kütləvi aksiyalarla narazılıq ifadə edəcək”.

L.Metreveli qeyd edib ki, Gürcüstanın sərhədlərində istənilən qeyri-sabitlik ölkədə narahatlıq doğurur. “Unutmayaq ki, Ermənistan ərazisində hərbi baza var və vəziyyət daha da gərginləşərsə, region üçün ciddi təhlükə yarana bilər. Sabitlik olmayan ölkədə mövcud münaqişə sülh və sabitlik üçün təhlükədir. Ermənistanda daxili problemləri münaqişənin eskalasiyasının hesabına həll etmək istəyən qüvvələr ola bilər”.

Ekspert hesab edir ki, Ermənistanda hakimiyyətə elə qüvvə gəlməlidir ki, ilk növbədə qonşu ölkələrlə sülh və mehriban dostluq münasibətləri qura bilsin: “Azərbaycan kimi Gürcüstan da sülhsevər ölkədir. Ermənistan Azərbaycan və Gürcüstan arasındakı münasibətlərdən nümunə götürə bilər”.

Tarix
2018.04.26 / 21:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla