Yuxarı

“Erməni diasporu ilə dostlaşıb, yezidlərə yardım göndərək…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Erməni diasporu ilə dostlaşıb, yezidlərə yardım göndərək…”

Millət vəkili Fazil Mustafa bir müddət öncə Azərbaycandan yezidlərə dəstək verənlərlə bağlı yazdığı narahatlığın öz təsdiqini tapdığını bildirib.

Axar.az xəbər verir ki, millət vəkili vaxtilə yezidlərin Qarabağda ermənilərlə birgə azərbaycanlılara qarşı döyüşdüyünü bildirib:

"Bu da bizim narahatlığımızın təsdiqi. Azərbaycan adından yezidlərə dəstək verənlər nə məqsəd güdürlər? O zaman Avroviziyada ermənilərə səs verənləri niyə qınayırsınız? Onlarla əməkdaşlıq edənləri hüquqi və ictimai qınağa niyə çəkirsiniz? Bundan sonra niyə Suriyadan qaçan ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsinə etiraz edirik? Yezidlər ermənilərlə birlikdə yüzlərlə azərbaycanlını qətlə yetiriblər. Əlbəttə, onların hərəkətini bütün yezidlərə şamil etmək doğru olmaz".

Millət vəkilinin sözlərinə görə, yezidlərə verilən dəstək dünya erməniləri ilə qurulan münasibətə bərabərdir:

"O zaman gərək Ermənistan ermənilərinin də hərəkətlərini dünyanın başqa yerlərində yaşayan ermənilərdən ayrıca qiymətləndirək və erməni diasporu ilə dostluq quraq. Halbuki məhz erməni diasporu xaricdə bizə qarşı ən kəskin düşmənçilik münasibəti bəsləyir. Ancaq bir təsəllimiz var ki, hətta bu yezidlər də bir misqal bizim millətdən oyanıqdırlar. İnanmıram ki, hansısa yezid bu "xeyriyyəçilər"in illərdir bizim millətə yedirdiyi qidaların mənşəyini biləndən sonra nəyisə dillərinə vursunlar. Düşünməyə dəyər..."

Tarix
2014.08.18 / 22:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla