Yuxarı

Gömrük İdarəsində sahibkarlarla görüş...- Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrük İdarəsində sahibkarlarla görüş...- Foto

Mayın 1-də Avtonəqliyyat Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov vurğulayıb ki, son illər dövlət başçısının uğurla həyata keçirdiyi davamlı inkişaf strategiyası ölkəmizi regionun lider dövlətinə çevirib.

Dünyada baş verən iqtisadi böhranlar fonunda Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı müvafiq tədbirlərin görüldüyü, gömrük orqanlarının da ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına öz töhfəsini verdiyi diqqətə çatdırılıb.

Dövlət başçısı tərəfindən son illər gömrük sahəsində həyata keçirilən islahatların gömrük işinin səmərəli təşkil edilməsilə yanaşı, gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, eyni zamanda, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsinə şərait yaratdığı vurğulanıb.
Baş idarənin rəisi “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli sərəncamından irəli gələn məsələlərin həlli, idxal-ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq aparılması məqsədilə gömrük və vergi orqanları arasında əlaqələrin səmərəli şəkildə qurulması istiqamətində görüləcək işlərdən, bu sahədə şəffaflığın təmin edilməsində sahibkarların rolundan bəhs edib.

Sonra görüşdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında imzalanmış “Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında” Razılaşma Protokolunda nəzərdə tutulan vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb, eləcə də sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Tarix
2018.05.02 / 00:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla