Yuxarı

“Villam Vorovskidə yerləşir” – Əli Bayramov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzi qüvvələr məni şərləmək istəyirdi, ancaq bu alınmadı. Allah hər şeyi görür".

Bu sözləri Publika.az-a açıqlamasında "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçmiş sədri Əli Bayramov bildirib.

Ə.Bayramov ölkədən qaçması və ya həbs olunması barədə yayılmış məlumatların hamısının yalan və uydurma olduğunu deyib:

"Yalandan yazdılar ki, guya mən dövlətin əmlakını yeyib dağıtmışam, ölkədən qaçmışam, prokuror məni tutub dama basıb və sairə. Hamısı yalan idi. Heç dövlətin əmlakını yemək olar? Dövlətin əmlakını yedinsə, demək sonun çatıb. Vaxtilə bizdə də olub ki, bir neçə adam gübrə sataraq dövlətin əmlakını mənimsəyib. Daha sonra onların hamısını tutub həbsə atıblar. Hətta şəxsən özüm vaxtilə şübhələndiyim adamların işini yoxlatdırmışam, işlərində əskiklik çıxdığı üçün adlarını prokurorluğa vermişəm ki, tədbir görsünlər. Dövlətin əmlakı yerində olmalıdır. İndi də bəzi qüvvələr aranı qızışdırmaq və ajiotaj yaratmaq istəyirlər. Ancaq onların istəyi heç vaxt baş tutmayacaq. Yazırlar ki, Əli Bayramov "Aqrolizinq"i yeyib dağıtdı, sonra gedib özünə villa aldı. Bunu yazanlar düşünmür ki, mənim evim neçənci ildə alınıb? İndiyədək yaşadığım bir villadır, o da Vorovskidə yerləşir. Həmin evin sənədi də var. Mən o evdə yaşayanda heç "Aqrolizinq" təşkilatı yaranmamışdı. "Aqrolizinq" təşkilatı 2004-cü il oktyabrın 23-də yaradılıb. Mən isə 2003-cü ildən bəri o evdə yaşayıram.

Övladım isə hələ çox uşaqdır. Heç mənim övladımın "Zaparoji"si də yoxdur. Övladım uşaq olduğu üçün maşın sürə bilmir".

Tarix
2014.08.25 / 13:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla