Yuxarı

ABŞ İraqı İranın əlindən ala biləcəkmi? – Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər şey bundan sonra İraq və İranın münasibətlərini hansı formatda tənzimləyəcəyindən çox asılıdır.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, Müktəda əs-Sədrin seçkilərdə qalib gəlməsi İraqla bağlı müəyyən yeni fikirlərin ortaya çıxmasına səbəb olub:

“Amma unutmaq olmaz ki, Müktəda əs-Sədr özü də şiə lideri olaraq, hər zaman İraqda ideoloji nöqteyi-nəzərdən İrana daha yaxın olan siyasət yürüdüb. Ona görə də hazırda İranla müəyyən fikir ayrılıqları olsa da, düşünmürəm ki, Müktəda əs-Sədrin qələbəsi İraqı bütövlükdə İranın təsir dairəsindən çıxaracaq”.

Analitikin sözlərinə görə, ABŞ İraqdakı seçkilərin nəticələrindən maksimum dərəcədə istifadə etməyə çalışacaq:

“Amma buna nail olub-olmaması ciddi şübhə doğurur. Çünki hazırda seçkilərdə qalib gələn qüvvənin ABŞ-la əməkdaşlığa gedəcək, bu əməkdaşlığa can atan qüvvə olması inandırıcı görünmür. Nəzərə almaq lazımdır ki, İraqa müdaxilələr zamanı Qərbə qarşı ən ciddi müqavimət ocaqlarını formalaşdıranlardan biri məhz Müktəda əs-Sədr idi. Yəni bu mənada onun indiki dönəmdə hər hansı bir şəkildə Qərblə ciddi əməkdaşlığa getmə ehtimalı çox aşağıdır. Amma İraq müəyyən mənada artıq yeni siyasi xətt və hədəflər götürə bilər”.

Tarix
2018.05.25 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla