Yuxarı

Petrosyan Paşinyanın çöküşünə hazırlaşır - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Levon Ter-Petrosyanın və onun rəhbərlik etdiyi Erməni Milli Konqresinin fəallıq nümayiş etdirmələrinin əsas səbəbi Paşinyanla respublikaçılar arasında yaranmış gərginlikdən revanş üçün faydalanmaq niyyəti ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, hazırda Ermənistanda əsasən iki qütbün qarşıdurması nəzərə çarpır:

"Paşinyanın kütləvi aksiyalar yolu ilə təzyiqi nəticəsində parlamentdə təmsil olunan Çiçəklənən Ermənistan Partiyası və Respublikaçılar Partiyası ilə eyni koalisiyada təmsil olunan Daşnaksütun Partiyası indiki baş nazirin cinahına keçdilər. “Qarabağ klanı” adlandırdığımız Respublikaçılar Partiyası isə artıq müxalifətdədir. Növbəti seçkilərdə Paşinyan qrupu ilə respublikaçıların bir araya gəlməsi inandırıcı görünmür. Çiçəklənən Ermənistan və Daşnaksütun isə yenidən cinah dəyişdirə bilərlər".

Analitikin sözlərinə görə, indiki şəraitdə ən əlverişli Levon Ter Petrosyan mövqeyidir:

"O, vaxtilə onu hakimiyyətdən qovan Qarabağ klanı ilə münasibətlərini müəyyən qədər normallaşdırıb. 2016-cı ilin aprelində Petrosyanla Serj Sərkisyan arasında keçirilən görüş məhz birincinin təşəbbüsü ilə baş tutmuşdu. Bu hadisədən sonra isə Erməni Milli Konqresi tərəfindən Serj Sərkisyanın və partiyasının ünvanına hər hansı bir ciddi ittiham səsləndirilməyib. Paşinyan baş nazir seçildikdən sonra isə Ermənistanın sabiq prezidenti ölkədə baş verən hadisələrin təhlükəli məcrada inkişaf etdiyini və buna görə Paşinyanın məsuliyyət daşıdığını bildirib. Ter-Petrosyan deyib ki, hətta diktatura da özbaşınalıqdan və xaosdan yaxşıdır.

Ter-Petrosyanın son çıxışlarından və məqaləsindən də görünür ki, o, Paşinyana ciddi siyasi lider və dövlət adamı kimi yanaşmır. Bütün bunlar isə Petrosyanın postxaos, postinqilab dövrünə hazırlaşdığı ehtimalını yaradır. Petrosyan Paşinyanı yaxşı tanıyır, xarakterinə bələddir və əmindir ki, bu çılğın etirazçı siyasətçi prototipindən dövlət xadimi alınmayacaq".

Analitik vurğulayıb ki, hər şey proseslərin bundan sonrakı inkişafından asılı olacaq:

"Əgər respublikaçılar Paşinyana qarşı pressinqlərini artırarlarsa, sabotaj xarakterli addımların əhatə dairəsi genişlənərsə, dövlət idarəçiliyində xaos daha ciddi şəkil alarsa, o zaman Ter-Petrosyanın mövqeyi güclənə bilər. Onun nəinki parlamentə düşmək, hətta parlamentdəki yerlərin təxminən 1/3-nə yiyələnmək şansı da var. Şübhəsiz ki, bu, sadəcə ehtimaldır. Və hər şey təkcə Ermənistanda baş verən proseslərdən asılı deyil. Növbəti seçkilərdə Rusiyanın yarana biləcək vəziyyətə yanaşması da mühüm əhəmiyyət kəsb edəcək. Bu yanaşmanın kütlənin yanında olmayacağı isə şübhəsizdir".

Tarix
2018.05.27 / 10:12
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla