Diqqət: Uşaqlarınızın fotolarını paylaşmayın!
02:18
Ana səhifə Gündəm |
Ermənistan Müdafiə Nazirliyi cəbhə bölgəsində, Tavuş bölgəsindəki Berd rayonunda minaya düşərək yaralanan 3 zabit və 1 muzdlunun adını açıqlayıb.
Axar.az Nevs.am-a istinadla xəbər verir ki, ötən gün saat 18:00 radələrində N saylı hərbi hissə ərazisində mühəndis-sapyor fəaliyyəti zamanı polkovnik-leytenant Lernik Babayan, kapitan Vaaqn Sərkisyan, leytenant Ovanes Kortinyan və sıravi Andranik Babayan mina partlaması nəticəsində yaralanıblar.
Faktın araşdırıldığını qeyd edən nazirlik onların hansı şəraitdə yaralandığını, hansı xəstəxanaya aparıldıqlarını və onların hərbi hissə ətrafında hansı "mühəndis-sapyor" fəaliyyəti yerinə yetirdiklərinə aydınlıq gətirməyib.
Tarix
2014.08.29 / 22:48
|
Müəllif
Axar.az
|